PDF Oxu

Siyasət

  • 67

Siyasi şərhçi: “Avropa ölkələrinin səmimiyyətinə həmişə şübhə etmişik” AÇIQLAMA

Siyasi şərhçi: “Avropa ölkələrinin səmimiyyətinə həmişə şübhə etmişik” AÇIQLAMA

"Bəzi Avropa ölkələrində Türkiyəyə qarşı ikili standartlar var və buna təəccüb etmirəm". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, ötən həftə sonu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu, ardından da ailə və sosial siyasət naziri Fatma Betül Kayaya qarşı Hollandiya dövlətinin davranışı nəinki diplomatiya və siyasət, ümumiyyətlə ənadi ədəb qaydaları baxımından da əndazədən kənardır: "Bu isə bir daha təsdiq edir ki, Avropa ölkələri özlərindən başqa hər kəsə yuxarıdan aşağı baxır, hamını əlaltı kimi görmək istəyir. Təbii ki, belə olduğu üçün biz - yeni demokratiyalar Avropa ölkələrinin səmimiyyətinə həmişə şübhə etmişik, edəcəyik də. Onlarda Şərq insanında olan sadəlik və saflıq, qarşılıqlı hörmət dəyərləri çox aşağı səviyyədədir. O baxımdan Azərbaycan da daxil olmaqla türk dövlətləri öz inkişaf yollarını seçməkdə haqlıdırlar və Avropanın diktəsinə boyun əymədən öz yolumuza davam etməliyik. Biz konkret olaraq bu məsələdə həm ictimai rəy, həm də dövlət olaraq birmənalı şəkildə Türkiyə dövlətinin yanındayıq".

sia.az

Digər xəbərlər