PDF Oxu

Siyasət

  • 367

Elşən Musayev: “Hər zaman türk qardaşlarımızın yanındayıq” MÜNASİBƏT

Elşən Musayev: “Hər zaman türk qardaşlarımızın yanındayıq” MÜNASİBƏT

"Ümumiyyətlə son vaxtlar Türkiyənin başı biraz bəlalıdır. Çünki Türkiyəni gözügötürməyən dövlətlər çoxdur. Biz bunu həm beynəlxalq təşkilatların Türkiyəyə münasibətində hiss etmişik, həm də dünyada baş verən proseslərin fonunda Türkiyənin təklənmə cəhdlərini görmüşük. Bəs bu nə ilə bağlıdır? Bu, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan kimi güclü bir siyasi xadimin olması ilə bağlıdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.Onun sözlərinə görə, bu gün Türkiyənin müstəqil formada dünya siyasətində, beynəlxalq siyasətində öz sözünün olması ilə bağlıdır: "Ümumiyyətlə İkinci Dünya müharibəsindən sonra belə bir tendensiya olub ki, Qərb və Rusiya ikili güclü faktor kimi çıxış etməyə çalışıblar. Onlar dünyanı bir formada bölüşdürməyə cəhdlər ediblər. Son 5 ildə isə Türkiyədə elə bir qətiyyətli dövlət forması ortaya çıxıb ki, artıq o dünya arenasında nəinki özünü müdafiə edəcək həm də bir başqa dövlətləri müdafiə edəcək gücə çevrilib. Təbii ki, bunu da həmin o dərin güclər heç bir şəkildə qəbul etmək istəmir. Bildiyiniz kimi Türkiyə siyasətində "FETO" skandalı oldu. Eləcə də müxətlif sui-qəsdlər, ard-arda terrorlar təşkil olundu. Əslində bütün bunlar planlı şəkildə həyata keçirilmiş proseslər idi. Bunlar heç də özbaşına baş vermirdi".E.Musayev əlavə edib ki, bu gün diplomatiya açıq bir münaqişə zəmninə gəlib: "Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu, ardından da ailə və sosial siyasət naziri Fatma Betül Kayaya qarşı Hollandiyada atılan addımların bir çox səbəbləri var. Birincisi Hollandiyanın Türkiyəyə olan mövqeyi Avropanın Türkiyəyə olan mövqeyidir. Təbii ki, bu, olduqca yanlış bir mövqedir. İkincisi bu yaxınlarda Hollandiyada seçkilər olacaq. Bu seçkidə isə əsas üzdə olan, qələbə şansı olan komanda onların azadlıq blokunun lideridir. O da müsəlmanlara qarşı qeyri-adi bir nifrətə sahib insandır. Onun əsas siyasi, fəlsəfi xətti ondan ibarətdir ki, ölkəyə müsəlmanlar buraxılmasın və s. Bütün bunlar belə bir proseslərin yaranmasına gətirib çıxarıb. Mən bir Azərbaycan vətəndaşı olaraq öz adımdan bəyan edirəm ki, biz türklərə nə lazımdısa etməyə hazırıq. Biz hər zaman türk qardaşlarımızın yanındayıq"

sia.az

Digər xəbərlər