PDF Oxu

Siyasət

  • 186

“Bu, Almaniya və Niderlandın Türkiyədəki referenduma müdaxiləsidir”

“Bu, Almaniya və Niderlandın Türkiyədəki referenduma müdaxiləsidir”

"Həm Almaniyada, həm də Niderlandda türk icmasına toplantı keçirib istənilən şəxsləri dəvət etməyə icazənin verilməməsi Avropanın demokratiya, söz azadlığı prinsiplərinə zidd olan bir addımdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, buna səbəb bu ölkələrdə keçirlən seçkilər ola bilərdi: "Yəni hakimiyyətdə olan qüvvələr özləri üçün müəyyən bir xal qazanmaq istəyindən irəli gələrək belə bir qadağaları tətbiq edə bilərdilər. Amma bu, özü-özlüyündə Avropa prinsiplərinə ziddir. Fransada da seçki keçirilir. Lakin orada türk icmasına xarici işlər naziri Mövlud Çavuşoğlunu dəvət edib belə bir tədbir keçirmək qadağan edilmədi. Avropa hökumətləri və siyasi qüvvələri Türkiyədə gedən və xoşlarına gəlməyən prosesə belə bir reaksiya verə bilməzlər. Bu, daxili işlərə müdaxilə kimi qəbul oluna bilər. Biz çox istərdik ki, münasibətlər emosiyalarla inkişaf etməsin və rasional bir siyasi məcraya gəlsin".

Millət vəkili hesab edir ki, Avropanın universal prinsipləri var və Türkiyə ilə münasibətlər məhz bu prinsiplərin çərçivəsində demokratiya və söz azadlığına hörmətlə həll olunmaldır: "Bununla yanaşı, beynəlxalq münasibətlərin əsas çox mühüm bir amili də ölkələrin daxili siyasi işlərinə qarışmamaqdan ibarət olmalıdır. Almaniya və Hollandiyanın belə addımları isə Türkiyədə nəzərdə tutulan referenduma müəyyən qədər müdaxiləsi kimi qəbul edilməlidir".

sia.az

Digər xəbərlər