PDF Oxu

Siyasət

  • 1 234

YAP Qaradağ rayon təşkilatı hesabat-seçki yığncaqlarını davam etdirir

YAP Qaradağ rayon təşkilatı hesabat-seçki yığncaqlarını davam etdirir

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat seçki yığıncağları davam edir. SİA-nın verdiyi məlumata görə, Qaradağ rayon N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) idarəsində keçirilən yığıncaqda YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov iştirak edib. Rayon təşkilatının sədri çıxışında rayon təşkilatının fəaliyyət planında nəzərdə tutulan bütün məsələlərin uğurla həyata keçirildiyini qeyd edib, bundan sonra da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanların səfərbər ediləcəyini bildirib.A.Hüseynov ötən dövr ərzində ilk partiya təşkilatlarında görülən işlər, partiya sıralarına qəbul və digər məsələlər haqqında ətraflı məlumat verib, dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edib.Yığıncaqda N.Nərimanov adına NQÇİ idarəsi ərazi ilk partiya təşkilatının sədri Elman Hacıyevin hesabat məruzəsi dinlənilib.Tədbirdə N.Nərimanov adına NQÇİ idarəsinin rəisi Xaliq Şəfiyev çıxış edib.Sonra ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

sia.az

Digər xəbərlər