"Şərəf" ordeni dövlət başçımızın mənim əməyimə verdiyi qiymətin, mənə etimadın böyük göstəricisidir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Facebook" səhifəsində yazıb. "Bu etimadı doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm"-deyə, N.Məmmədov qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 13-də Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Novruz Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
sia.az