Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XI konfransına hazırlıq çərçivəsində ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Növbəti hesabat-seçki yığıncağı isə YAP Qaradağ rayon təşkilatı N.Nərimanov adına NQÇİ-də ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Elman Hacıyev hesabat məruzəsi ilə çıxış edərək, görülən işlər barədə ətraflı məlumat verib. Hesabat yığıncağında çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs edib.
Tədbirdə N.Nərimanov adına NQÇİ rəisi Xaliq Şəfiyev və digərləri çıxış edərək ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərini qənaətbəxş hesab ediblər.
Yığıncaqda, həmçinin, ərazi ilk partiya təşkilatının sədri, idarə heyətinin üzvləri və rayon təşkilatının XI konfransına nümayəndələr seçiliblər.
Rəfiqə