PDF Oxu

Siyasət

  • 240

Səməd Seyidov: "AŞ üzvü olan ölkələrin bir çoxunda münaqişələr var"

Səməd Seyidov: "AŞ üzvü olan ölkələrin bir çoxunda münaqişələr var"

"Avropa Şurasına üzv olan bir sıra dövlətlərin ərazisində münaqişələr mövcuddur". SİA-nın məlumatına görə, bunu AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, hazırda Türkiyə və Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkün var: "Bu sıraya İtaliya, Yunanıstanda olan qaçqınları da əlavə etsək, vəziyyət daha da mürəkkəb olur. Krım məsələsindən sonra Rusiya sanksiyalarla üzləşdi. AŞPA-nın son iclasından sonra Türkiyə də nəzarətə götürüləcək. Biz bunu ədalətli saymırıq. Bu məsələlərdə Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitənin fəaliyyəti önəmlidir". Millət vəkili Bakıda keçirilən toplantıdan sonra bu problemlərin həlli yollarının tapılacağına ümid etdiyini deyib.

sia.az

Digər xəbərlər