PDF Oxu

Siyasət

  • 482

YAP Binəqədi rayon təşkilatı xanımları mükafatlandırdı

YAP Binəqədi rayon təşkilatı xanımları mükafatlandırdı

Bu yaxınlarda YAP Binəqdi rayon təşkilatında keçirilən tədbirdə rayon təşkilatının sədri Ramiz Göyüşov qadınlarımızın rolundan danışaraq, onların cəmiyyətimizdə tutduğu mövqeyi xususi vurğulayaraq, bildirib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası və yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub: "Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş, xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb".

Rayon təşkilatı tərəfindən rayonun ictimai fəaliyyətində rolu olan bir qrup qadın partiya üzvü fəallarına təşkilatın Fəxri Fərmanı təqdim edilib. O cümlədən, Sevda Məzahim qızı Ağayeva Fəxri Fərmana layiq görülüb.

Qeyd edim ki, Qubadlı rayonunda dünyaya göz açan Sevda Ağayeva Masallı rayonunun Dilgəh səkkizillik məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlamış, hazırda isə Bakı şəhərinin 276 nömrəli tam orta məktəbdə inkilis dili müəllimi və incilis dili metodbirləşmənin sədri kimi çalışır. Savadı, bacarığı və işgüzarlığı ilə kollektivin nüfuzunu qazanan, dərslərini müasir səviyyədə quran S.Ağayeva partiya üzvü olaraq, rayonun ictimai fəalliyyətində yaxından iştirak edir.

S.Ağayeva bir çox mükafatlara layiq görülüb. YAP Binəqədi rayon Təhsil Şöbəsi tərəfindən gənc nəslin tərbiyəsindəki xidmətlərinə görə, Fəxri Fərmanla təltif olunub. "İlin ən yaxşı müəllimi" və "İlin ən yaxşı tərbiyəçisi" müsabiqəsində ən yüksək nəticə göstərdiyi üçün, 1 yer tutduğuna görə, Binəqədi rayon Təhsil Şöbəsi tərəfindən diplomla təltif olunmuşdur.

ZÜMRÜD

Digər xəbərlər