PDF Oxu

Siyasət

  • 295

YAP Zərdab rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

YAP Zərdab rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Belə tədbirlərdən biri də YAP Zərdab rayon təşkilatı Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatında keçirilib. Tədbirdə məruzə ilə çıxış edən Gülsura Novruzova son illərdə görülmüş işlər, partiya sıralarına qəbul, rayonun ictimai-siyasi həyatında və ötən müddət ərzində keçirilən bütün siyasi kampaniyalarda partiya üzvlərinin fəal iştirakı haqqında ətraflı məlumat verib.

Hesabat-seçki yığıncağında çıxış edən şura üzvü Vüsalə Kərimova, rayon Təhsil şöbəsinin müdiri Lalə Əmrəliyeva və digər partiya fəalları ərazi ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək bildirib ki, YAP-ın Proqram və Nizamnaməsini əldə rəhbər tutan rayon təşkilatı öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində əzmlə çalışır. P.Mahmudova onu da qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət proqramları bu gün bütün sahələrdə əsaslı nailiyyətlərin əldə olunmasını şərtləndirib.

Hesabat-seçki yığıncağında partiya üzvlərinin açıq səsverməsi ilə Gülağa İsgəndərov ərazi ilk partiya təşkilatının sədri, Gülsura Novruzova isə sədr müavini seçilib. 7 nəfərdən ibarət idarə heyəti və rayon təşkilatının VIII konfransına 53 nəfər nümayəndə seçilib.

Rövşən

Digər xəbərlər