PDF Oxu

Siyasət

  • 512

YAP Astara rayon təşkilatının ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı davam edir

YAP Astara rayon təşkilatının ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı davam edir

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının Astara Pedaqoji Kolleci ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Hesabat məruzəsi ilə çıxış edən Astara Pedaqoji Kolleci ərazi ilk partiya təşkilatının sədri Zamiq Məmmədov ötən dövr ərzində ilk partiya təşkilatında görülən işlər, partiya sıralarına qəbul və digər məsələlər haqqında ətraflı məlumat verib.

Tədbirdə çıxış edən YAP Astara rayon təşkilatının məsləhətçiləri İqbal Quliyev və Rübabə Bağırova bu gün dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs ediblər.

Sonda ərazi ilk partiya təşkilatının yeni idarə heyətinin üzvləri, sədr, sədr müavini və YAP Astara rayon təşkilatının X hesabat-seçki konfransına 3 nəfər nümayəndə seçilib.

R.HÜSEYNOVA

Digər xəbərlər