PDF Oxu

Siyasət

  • 70

Əli Əhmədov: "İnsanların həlak olması bəşəriyyəti düşündürməlidir"

Əli Əhmədov: "İnsanların həlak olması bəşəriyyəti düşündürməlidir"

"Dünya inkişaf edir. Ancaq təəssüflə bunun bəzi ziddiyyətlərə də yol açdığını qeyd etməliyəm. Dünyanın inkişafı təzadları aradan qaldıra bilmir. Dünyanın bir tərəfində inkişaf, digər tərəfində aclıq, səfalət, toqquşmalar hökm sürür. Təəssüflər olsun ki, dünya əhalisinin bir milyarda yaxını aclıqdan əziyyət çəkir, onlar qida tapa bilmirlər. Kasıblıq bəşəriyyəti düşündürən əsas məsələlərdəndir. Dünyanın bir milyard insanı gündəlik bir dollara yaşayırlar. Qarşıya qoyulan məqsəd qeyri-bərabərliyin aradan qaldırılması olmalıdır. Qeyri-bərabərlik faciəyə səbəb olur. Dünyanın orta yaş həddi 50 olan ölkələri var. Bu rəqəm inkişaf etmiş ölkələrdə isə 80-i ötür". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu" mövzusunda keçirilən konfransda deyib.Onun sözlərinə görə, yüz minlərlə insanın toqquşmalarda həlak olması bəşəriyyəti düşündürməlidir: "Bundan başqa, miqrasiya problemləri də diqqət mərkəzində olmalıdır. Bu, həm də ekoloji tarazlığın pozulmasıdır. Dünya dövlətləri tarazlı inkişafa töhfə verməlidir. Azərbaycan bu istiqamətdə addımlar atır. Ölkəmiz bir çox sosial və iqtisadi layihələri uğurla həyata keçirib. Dünyanın transformasiyası üçün səylərimizi göstəririk. Elm və tədqiqatlara diqqət göstərən ölkə inkişaf edir".

sia.az

Digər xəbərlər