"Ticarətçilər bayramqabağı müştərilərin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bu yaxınlarda Novruz bayramı qabağı bazardakı qiymətləri nəzarətdə saxlamaq üçün bir necə marketdə oldum. Qiymət yanaşmaları müxtəlifdir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahidə etdim. Bunu öz gözlərimlə gördüm". SİA-nın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov eyib.Onun sözlərinə görə, Azərbaycanda ənənəvi olaraq, həmişə bayram qabağı qiymətlər qalxır, amma bu, belə olmamalıdır: "Ticarətçilər bayram qabağı müştərilərinnin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır".Baş nazirin müavini deyib ki, Azərbaycanda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil: "Hökumət olaraq, vəzifə borcumuz bazardakı qiymətlərin qalxmasına imkan verməməkdir. Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, bayramqabağı bazarlara yenə də baş çəkərəm".
sia.az