PDF Oxu

Siyasət

  • 50

"Ermənistan beynəlxalq hüquq normalarını yerinə yetirməlidir"

"Ermənistan beynəlxalq hüquq normalarını yerinə yetirməlidir"

"Sülh sərhədlərə hörmətlə yanaşmağın yeganə yoludur. Azərbaycanın öz ərazisi var. Azərbaycanın öz suveren ərazilərini idarə etmək hüququ var. Azərbaycan xalqının və rəhbərliyinin ikili standartlar problemini vurğulamaq haqqı var". SİA-nın xəbərinə görə, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ermənistan beynəlxalq hüquq normalarını yerinə yetirməlidir: "Biz Ermənistanı öz torpaqlarına geri qayıtmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq. Hər kəs, o cümlədən Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir".Bakı Forumun əhəmiyyətindən danışan R. Plevneliyev qeyd edib ki, münaqişələrin həllini istəyirlər: "Tolerantlıq, sülh görmək istəyirik. Bakı bu baxımdan fikir mübadiləsi aparmaq üçün mükəmməl məkandır".

sia.az

Digər xəbərlər