PDF Oxu

Siyasət

  • 349

Eks baş nazir: “Azərbaycan sülhün və sabitliyin təmininə öz töhfəsini verir”

Eks baş nazir: “Azərbaycan sülhün və sabitliyin təmininə öz töhfəsini verir”

"Azərbaycan bütün dünyadan olan liderlər, siyasətçilər üçün Bakı Qlobal Forumu kimi bir platformanı təqdim etməklə dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına imkan yaradır". SİA-nın məlumatına görə, bunu Belçikanın keçmiş Baş naziri Yves Leterme V Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı bildirib.Yves Leterme deyib ki, indi dünya liderlərinin bir araya gəlib dialoq aparması çox böyük əhəmiyyət kəsb edir: "Mövcud problemlərin müzakirəsi ilə yanaşı, onların həlli yollarının tapılması günümüzün aktual məsələsidir".Keçmiş baş nazir qeyd edib ki, Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verir: "Mən ikinci dəfədir ki, bu foruma qatılıram və forumun hər il daha uğurlu olduğunu görürəm".

sia.az

Digər xəbərlər