PDF Oxu

Siyasət

  • 151

“ATƏT hüquqi müstəvidə yeganə formatdır” AÇIQLAMA

“ATƏT hüquqi müstəvidə yeganə formatdır” AÇIQLAMA

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün ATƏT-in Minsk qrupu həmsədlərinin regiona səfəri hüquqi müstəvidə yeganə formatdır, mexanizmdir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Onun sözlərinə görə, bütün bunlar da dünyada, beynəlxalq arenada Azərbaycanın hüquqi müstəvidə, sülh yolu ilə münaqişənin həllinə dair olan hazır olduğunu və davamlı surətdə dayanıqlı, proqnozlaşdırıla bilən xarici siyasətinin bir əlamətidir: "Yəni ölkənin xarici siyasəti proqnozlaşdırıla bilərsə bu stabillik əlamətidir. Bu Azərbaycanın çox güclü və konstruktivlik mesajıdır. Həmçinin bu, diplomatiyada, beynəlxalq münasibətlərdə çox güclü alətlərdən biridir. Bütün bunlar onu göstərir ki, Ermənistan vaz keçməklə bunu inkar edir, məhəl qoymur. Təbii ki, Azərbaycan da bunun əksini göstərərək özünü regionda və münaqişənin həllində nə qədər konstruktiv mövqe tutduğunu nümayiş etdirir. Bu çox güclü bir addımdır və Azərbaycan bunu davam edir.Cənab Prezident İlham Əliyev də hər zaman qeyd etdiyi kimi Azərbaycanın iqtisadi və hərbi potensialı ona imkan verir ki, danışıqlar uğurla başa çatmayacaqsa və Azərbaycan xalqının və dövlətinin buna dözümü sonsuz deyil. Yəni həmin addımların bir həddi var. Azərbaycan son olaraq hərbi yolla məsələni həll edə bilər".

sia.az

Digər xəbərlər