PDF Oxu

Siyasət

  • 101

Politoloq: “Ermənistan aranı qarışdırmağa çalışır” AÇIQLAMA

Politoloq: “Ermənistan aranı qarışdırmağa çalışır” AÇIQLAMA

"Ermənistan son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesində aranı qarışdırmağa çalışır. Onlar öncə danışıqlar prosesindən çəkildiklərini bəyan etdilər, daha sonra Moskva və Fransaya səfər edərək cəfəng fikirlər səsləndirdilər". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O qeyd edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesində daha fəal görünür: "Amerikalı həmsədr Bakıda olanda dedi ki, Dağlıq Qarabağ problemi postsovet məkanındakı digər problemlərdən fərqlənir. Ona görə də ona əlahiddə yanaşma metodu tətbiq edilməlidir. Amma münaqişənin nə ilə fərqləndiyini və bu metodun nədən ibarət olduğunu demədi. Ondan əvvəlki amerikalı həmsədr isə arada bir mətbuatda görünərək kifayət qədər obyektiv fikirlər səsləndirir. Düşünürəm ki, münaqişənin həlli ilə bağlı ABŞ-la Rusiya arasında razılaşma olarsa, danışqları həmin istiqamətə yönləndirməyə çalışacaqlar. Ancaq Azərbaycan ərazi bütövlüyümüzə xələl gətirən heç bir təklifi qəbul etməyəcək".Politoloq bildirib ki, son zamanlar Fransa ilə Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinə dair xoşagəlməyən işbirliyi yaranıb: "Bununla bağlı Fransa prezidenti Fransua Olland və Rusiyanın bəzi səlahiyyət sahibləri də beynəlxalq hüquq normalarına zidd olan fikirlər səsləndirirlər. Bu, mövcud olan həll variantlarının açıqlanmaq istəməməsindən irəli gəlir. Çünki guya mətbuat vasitəsilə ajiotaj yaranır. Bütün hallarda Azərbaycan yalnız ərazi bütövlüyümüz çərçivəsində aparılan danışıqlara razılıq verəcək".

sia.az

Digər xəbərlər