PDF Oxu

Siyasət

  • 120

YAP Yasamalda soyqırımı qurbanları anılıb SƏS TV

YAP Yasamalda soyqırımı qurbanları anılıb SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi YAP Yasamal rayon təşkilatında "31 Mart Azərbaycanlıların soyqırımı" günü ilə bağlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov tədbiri açıq elan edib.Sonra tədbir iştirakçıları 31 mart soyqırım faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov ermənilərin xalqımızın başına gətirdikləri faciələri insanlığa sığmayan bəşəri cinayət adlandıraraq tarixin xalqımıza göstərdiyi dərsdən nəticə çıxarmağı, tariximizi dərindən öyrənməyin vacibliyindən söz açıb. O məruzə ilə çıxış edərək erməni zülmündən diqqət çəkərək tarixçi alimlərimizin haq səsimizin dünyaya çatdırılmasında apardıqları araşdırmalarının gerçək tariximizin dünyaya tanıdılmasında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.Tədbirdə tarix elmləri doktoru, professor Anar İsgəndərov azərbaycanlılara qarşı törədilən soyqırımla əlaqədar geniş məruzə ilə çıxış edib. A.İsgəndərov bildirib ki, 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin xalqımıza qarşı həyata keçirdikləri soyqırım faktları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının arxiv sənədlərində öz əksini tapır. Onun sözlərinə görə, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış "31mart azərbaycanlıların soyqırımı haqqında" Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir.Daha sonra YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, YAP Gənclər Birliyi tək 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı deyil, eləcə də bir çox mövzularda tədbirlər təşkil edir: "Biz bəlkə də yeganə dövlətlərdən biriyik ki, ildə üç dəfə matəmlə, Azərbaycana qarşı baş vermiş soyqırımlarla (20 yanvar, 26 fevral Xocalı Soyqırımı və 31 Mart Azərbaycanlıların soyqırımı günü") bağlı tədbirlər həyata keçiririk. Hər il Azərbaycanda adları sadalanan tarixlər anılır. Eləcə də bir çox Qərb, qonşu dövlətlərdə tədbirlər, anım günləri, konfranslar keçirilir. Bir sözlə, bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində işlər davam edir".Tədbirə müzakirələrlə yekun vurulub.

sia.az

Digər xəbərlər