"Aprel ayının 2-də Ermənistanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə sayılı günlər qalıb. Bu seçkilər 2015-ci dekabr referendumundan edilən dəyişikliklərdən sonra ilk seçkilərdir.Bu referendumda Ermənistanda idarətemənin bütünlüklə parlament üsuluna keçirilməsi haqqında qanun qəbul edilmişdi. Hazırki parlamentdə Serj Sarkisyanın rəhbərlik etdiyi respublikaçılar partiyası 69 yerlə parlamentin əsas söz sahibidirlər. İkinci yerdə isə 33 deputatla hakmiyyətə yaxın olan Qaqik Tsaruykaynın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyasıdır". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, bəzi ekspertlər Qaqik Tsarukyanın indiki hakimiyyətə qarşı əsas rəqib olacağını iddia etsələr də əslində "Çiçəklənən Ermənistan" partiyası Sarkisyanın yandaş partiyasıdır: "Tsarukyanının partiyası hazırki parlamentdə olduğu kimi bu dəfə də konstruktiv müxalifət rolunu oynayacaq. Beləliklə demək olar ki,"Qarabağ klanı" adı ilə tanınan Sarkisyan tərəfdarları hakimiyyətlərini əllərindən vermək niyyətində deyillər. Eks-prezident Levon Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Ümummilli konqresi və xalq partiyası alyansıın bu seçkilərdə uğur əldə etməsi mümkün görünmür. Bu alyans ötən seçkilərdə olduğu kimi 5-8 deputat yerinə iddialı olacaq. Əsas müxalifət hesab olunan və əsasən də yerli ermənilərdən təşkil olunan "ELK" alyansı qərbyönümlü siyasəti ilə seçilir. Bu alyansa 3 partiya daxil olmasına baxmayaraq onların parlamentdə təmsilçiliyi sual altındadır. Əgər bu baş verərsə onlar 5 deputat yerindən artığına nail ola bilməyəcəklər. Serj Sarkisyanın son zamanlar Avropaya yaxınlaşmaq cəhdləri bu alyansa müəyyən dividentlər versə də ümumilikdə seçkilərin total saxtalaşdırılması ilə keçiriləcəyi heç kimdə şübhə doğurmur".V.Əfəndiyev hesab edir ki, seçkilərdən dərhal sonra narazı qüvvələr Sarkisyanın "Qarabağ klanı"na qarşı böyük etiraz aksiyaları keçirəcək: "Hazırki iqtisadi çətinlik və hərbi əməliyyatlar zamanı uğursuzluq bu seçkilərdə Sarkisyan üçün böyük əngəl olaraq qalmaqdadır. Erməni xalqına isə arzum odur ki, bu korrupsioner və quldur rejimdən qurtulmaq üçün əllərindəm gələni etsinlər. Bundan sonra isə Azərbaycanla münasibətlərin normallaşması istiqamətində çalışsınlar. Biz də onlara normal yaşamaları üçün əlimizdən gələn köməyi və dəstəyi verə bilərik. İnanıram ki, Ermənistanda Qarabağ probleminin ədalətli həllini istəyən qüvvələr var və bu qüvvələr bir gün öz quldur hakimiyyətlərini dəyişəcəklər".
sia.az