"İQLA"...
Ermənistanda dərc edilən "Hraparak" qəzetinin yazdığına görə, Serj Sarkisyanın martın 25-də işğal altında olan Azərbaycan toraqlarına səfər edərkən, üç hərbi helokopterdən istifadə olunub. Bununla bağlı adıçəkilən qəzetə məlumat verən mənbə bildirib ki, üç helikopterin istifadə olunmasına səbəb erməni prezidentinin təhlükəsizliyini qorumaq olub. Yəni mümkün təhlükənin dezorientirləşdirmək üçün Sarkisyanın hansı helikopterdə olmasını gizlətmək bu səbəblərdən biridir. SİA məlumat verir ki, "Hraparak"da gedən yazını "lragir.am" saytının şərhçisi Akop Badalyan da araşdıraraq, belə nəticəyə gəlib ki, Samvel Babayanın həbsindən sonra erməni prezidentinə sui-qəsd üçün istifadə ediləcək ikinci "İqla" tipli raket də mövcuddur.
Babayanın həbsinin siyasi motivlərlə əlaqəli olduğu iddia olunsa da...
"Haraparak" mənbədən soruşub ki, "İqla"nı tapıblarsa, onda nədən ehtiyat edilir? Mənbə isə cavabında ikinci "İqla"nın olduğunun mümkünlüyünü bildirib"-deyə Badalyanın şərhində qeyd olunur. SİTAT: "Bəlli olduğu kimi, "İqla" işi üzrə "Artsaxın" (dırnaqlar bizimdir-R.N.) sabiq müdafiə naziri Samvel Babayan da daxil olmaqla həbs edilənlər var. Diqqətçəkicidir ki, Babayanın həbsinin siyasi motivlərlə əlaqəli olduğu iddia edilsə də, o öz vəkili vasitəsilə həbsinin siyasi olaraq qiymətləndirilməsindən ehtiya edir, o cümlədən, "İqla"nın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsində əlinin olması iddialarını da inkar edir.
Ümumilikdə, bu iş üzrə yeni heç nə yoxdur, uzağı Gürcüstanda bununla bağlı daha bir fiqurant həbs olunub".
Ya təhlükəsizlik xidməti heç nə axtarmır, ya da...
"Lakin ikinci "İqla" haqqında eyham maraqdoğurucudur"-deyə qeyd edilən yazıda, sual olunur ki, bunu profilaktik tədbir hesab etmək olarmı? "Yaxud hüquq-mühafizə orqanları, həqiqətən də, ikinci "İqla" barədə informasiyalara malikdir?"-Akop Badalyan tərəfindən ikinci sual verilir.
Üçüncü sualda isə soruşulur ki, bu informasiya yerləşdiriləndən sonra ikinci "İqla"nın mümkün daşıyıcısı "qaranlığa qərq olaraq itə bilməzmi?"
Yazının sonunda bildirilir ki, ya təhlükəsizlik xidməti heç nə axtarmır, ya da ikinci "İqla"nın müəyyən olunması üçün nəzarətə keçib. "Mümkündür ki, informasiyanın yayılması vəziyyətin nəzarətdən çıxdığı təqdirdə lazımi zaman və lazımi yerdə ikinci "İqla"nın varlığının mümkünlüyünün nümayişidir"-deyə "lragir.am"ın şərhçisi yazır.
Rövşən NURƏDDİNOĞLU