"Bu gün ATƏT-in Minsk qrupun ABŞ-ın ona verdiyi konspekt əsasında hərəkət edir. Bildiyiniz kimi aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və ölkə parlamentli respublikaya keçid edəcək. Çünki bunlar ötən illəri də referendum elan etdilər. İndidə parlament prezidenti seçəcək. Yəni Sarkisyan dəqiq olaraq prezident olmayacaq. Bu birmənalı belədir. Bu proseslər Azərbaycanı yenidən 6 ay gözləmə mövqeyində saxlamağa xidmət edən addımdır". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Ermənistan çox qorxur ki, aprel hadisələrinin il dönümündə Azərbaycan hansısa addımı ata bilər: "Bu mənada da həmin addımlar Azərbaycanı arxayın salmaq, Azərbaycanı sakitləşdirmək üçün hesablanmış bir gedişdir. Onlar çox gözəl bilirlər ki, bu baş tutan şey deyil. Amma müasir dövrdə informasiya müharibəsi deyilən bir məsələ var. ATƏT bilir ki, prezidentlərin görüşü heç bir nəticə verməyəcək. Amma təhrik edir ki, prezidentlər görüşsünlər. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi birmənalı şəkildə düzdür ki, Ermənistan dövlət deyil. Azərbaycan artıq bu məsələlərdə yavaş-yavaş informasiya müharibəsində geriləyir".
sia.az