PDF Oxu

Siyasət

  • 320

Mart Soyqrımı XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir AÇIQLAMA

Mart Soyqrımı XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir AÇIQLAMA

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilib və şəhər erməni silahlı dəstələri tərəfindən dağıntılara məruz qalıb. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib. Onun sözlərinə görə, 1918-ci ilin mart ayının son üç günündə Bakıda minlərlə əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetiriblər: "Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir".Eldar İbrahimov qeyd edib ki, mart soyqırımında Azərbaycan milli mətbuat orqanları, həmçinin mətbəələr və jumalistlər də hədəfə alınıb: " Belə ki, sübut üçün "Azərbaycan" qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri "Kaspi" qəzeti redaksiyasının yandırılmasını təsvir edir. 1918-ci ilin mart soyqırımınadək, Azərbaycanda 20-dən artıq, Azərbaycan dilli mətbuat orqanlarının fəaliyyət göstərirdirsə, qətliamdan sonra yalnız "Hümmət" və "Bakı Şurasının əxbarı" qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu. Belə qəzetlərin nəşri sonuncu tarix kimi soyqırımdan bir gün əvvələ təsadüf edir".Qeyd edək ki, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

sia.az

Digər xəbərlər