PDF Oxu

Siyasət

  • 1 006

Əkbər Qoşalı: “Dostlarımızın sayını artırmağa çalışmalıyıq” MÜNASİBƏT

Əkbər Qoşalı: “Dostlarımızın sayını artırmağa çalışmalıyıq” MÜNASİBƏT

"İlk öncə, millətimizə böyük keçmiş olsun, bir daha nə biz, nə başqa tərəqqipərvər xalqlar – heç kim, heç kəs, bizim 1918-ci ildə, eləcə də, XX yüzilin 90-cı illərində Bağanis-Ayrımda, Qaradağlıda, Xocalıda yaşadığımız soyqırım aktlarını yaşamasın! Bizlər bəzən bəşəriyyət haqqında danışanda, sanki özümüzü tamam ayrı, ümumən bəşəriyyəti ayrı yorumlayırıq kimi bir hava hiss olunur. Sanki bizə dəyən ümumən bəşəriyyətə dəyib; bizim itkilərimiz insanlığın itkiləridir. Hansısa bir uğurumuz, kəşfimiz, sərvətimiz bəşər svilizasiyasına necə töhfəsə, uğursuzluğumuz, dərdimiz-kədərimiz də, bəşəri mahiyyətdədir. Hələ-hələ söhbət soyqırımdan gedirsə..! Üstəlik, söhbət, öz havadarlarının dəstəyi ilə bizi soyqırıma məruz qoyan xalqın, "dövlət"in özlərini guya soyqırıma uğramış kimi qələmə verməsindən gedirsə..!". Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi Şöbəsinin müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib."Hal-hazırda beynəlxalq təşkilatlar hansı mövqe sərgiləyir, deyə soruşursuz? – Fikir verin, mətbuatda oxudum ki, Avropa İnsan Haqları Məhkəməsi 2016-cı ilin dörd günlük aprel döyüşlərinə görə Ermənistanın Azərbaycana qarşı qaldırdığı 23 "iddia"nı qəbul edib. Bax, biz belə bir "zehniyyət"lə, belə bir yaramazlıqla üz-üzəyik. Bu və bənzəri durumlar bizdən nə tələb edir? Tələb edir ki, biz daha məsuliyyətli, daha çevik, daha prinsipial şəkildə öz itirdiklərimizin mübarizəsini aparaq; düşmənin iç üznü bilənlərlə özülərinəməxsus, bilməyənlərlə daha aydın, səmimi şəkildə iş aparaq. Diplomatlarımızın üzərinə düşən iş yalnız peşəkarlıqla bağlı deyil, eynigüclü vətənpərvərliklə də bağlıdır, deyə düşünürəm.Biz bizi anlayanlar, problemlərimizi bölüşənlərə bir daha təşəkkür edirik, Xocalı soyqımı ilə bağlı, ümumən Azərbaycanlıların başına gələn müsibətlərlə bağlı, Azərbaycanla işbirliyinə dair qərarlar qəbul etmiş parlamentlərə, bütün uyğun qurum və quruluşlara minnətdarıq ki, mövzuya vicdanlı yanaşıblar; bununla belə dostlarımızın sayını artırmağa çalışmalıyıq və bu çalışqanlığı başarı ilə sonlandırmalıyıq. – Necə deyərlər, "siyasətdə çarə tükənməz".

sia.az

Digər xəbərlər