PDF Oxu

Siyasət

  • 327

BAXCP rəsmisi: “Əli Kərimli mitinq keçirməklə özünün “bazarını açıb” MÜNASİBƏT

BAXCP rəsmisi: “Əli Kərimli mitinq keçirməklə özünün “bazarını açıb” MÜNASİBƏT

"Əli Kərimlinin bu gün mitinq keçirmək istəyi birbaşa özünün şəxsi biznesi ilə bağlıdır. Artıq hər kəsə aydındır ki, Əli Kərimli bu mitinqi ona görə keçirir ki, Avropa getmək istəyən insanlara partiya arayışı satsın. Avropada yaşamaq istəyənlərə "mühacir" statusu verdirmək üçün ən asan yolu mitinqdə olan şəkillərdi. İndi də həmin adamların mitinqdə şəkillərini çəkdirmək və başqa görüntülər əldə etmək üçün əli Kərimli aprel 9-a mitinq keçirmək niyyətindədir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, bu gün Əli Kərimli həm "siyasi mühacir", həm də " siyasi məhbus" alveri ilə məşğul olur: "Bir müddət əvvəl xaricdə yaşayan azərbaycanlılar necə Əli Kərimlinin saxta partiya arayışı satması faktını ifşa etmişdi. Əli Kərimli "Azadlıq" qəzetinin əməkdaşı, Hollandiyada yaşayan Fikrət Hüseynli vasitəsi ilə Avropada yaşayan gənclərə, ailələrə partiya aryışı satdırır. Hətta Fikrət Hüseynlinin bir neçə adama 2500 dollara necə mühacir əldə etmək faktları ortaya çıxdı. Sənədlərlə, sübutlarla. Onun səs yazısı, hesabına ödənilmiş vəsait qəbzləri ortaya çıxdı. Ona görə də, bu gün heç kim də şübhə yoxdur ki, Əli Kərimli yenə də Avropaya bir qrup insanı göndərmək üçün bu cür yola əl atır. Hətta eşitdiyimə görə, həmin mitinqlərdə bir sıra adamlar özləri qəsdən polis orqanlarının nümayəndələrindən xahiş edirlər ki, icazə verin polis maşınında oturub şəkil çəkdirək. Buna görə, polisə rüşvət də təklif edən olub. Bütün bunları ona görə edirlər ki, Avropaya gedən kimi həmin polis maşınında olan çəkdirdikləri şəkilləri saxta Əli Kərimlinin verdiyi partiya arayışı ilə müvafiq qurumlara təqdim etsinlər. Beləliklə, guya bu adamlar "siyasi mənsubiyyətinə görə, təqibə məruz qalırlar" faktını "sübut" etmiş olurlar. Baxın, Əli Kərimlinin ətrafın da olan adamlara. Bir qrup öz yerliləri və kəndçiləri idi, onların da böyük əksəriyyəti artıq Fransada, Almaniyada, Hollandiyada məskunlaşıblar.Hər ay dövlətin hesabına pul alırlar. Evlə təmin ediliblər. Çox asan yolla Avropada yaşamaq əldə ediblər. Ona görə də hər kəs yaxşı bilir ki, Əli Kərimli mitinq keçirməklə özünün "bazarını açıb". Buna görə də, Əli Kərimlinin mitinqinə bu adamlardan başqa kimsə getməyəcək. Ona inam yoxdur. 25 illik fəaliyyəti nəticəsində yalnız özü Bakıda qalıb. Yaxın qohumlarının böyük əksəriyyəti Avropada yaşayır. Öz oğlu İngiltərədə 10 ildən artıqdır ki yaşayır. Günün birində Əli Kərimlinin də Avropaya köçəcəyinin hamı şahidi olacaq"

sia.az

Digər xəbərlər