"Ümumiyyətlə Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa səfər etməsinin özü belə qanunsuzdur. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi də bununla bağlı beynəlxalq qurumlara rəsmi müraciət göndərdi. Təbii ki, bu cür bəyanatlarla Sarkisyan özünün gücsüzlüyünü nümayiş etdirir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, Ermənistan sadəcə olaraq rusların "İsgəndər" silahı ilə fəxr edir: "Axı sənin heç "İsgəndər" silahı almağa imkanın yoxdur. Amma Azərbaycan müdafiə naziri də onun yaxşı cavabını verdi. Nazir Zakir Həsənov bildirdi ki, Azərbaycanda ondan da yaxşı silahlar vardır. Onlar sadəcə olaraq bilmirlər nə etsinlər. Digər tərəfdən bütün bunlar daxili auditoriyaya hesablanıb. O 2 aprel seçkilərində reytinqini müəyyən qədər qaldırmağa çalışır. Təbii ki, Azərbaycan tərəfi bütün bunları beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır. Çünki bunlar danışıqlar prosesini pozmaq deməkdir".
sia.az