PDF Oxu

Siyasət

  • 88

Siyasi şərhçi: "31 Mart soyqırımı ilə bağlı danılmaz dəlillər cəmlənib" AÇIQLAMA

Siyasi şərhçi: "31 Mart soyqırımı ilə bağlı danılmaz dəlillər cəmlənib" AÇIQLAMA

"Tarix boyu hansısa xalq başqa bir xalqa zülm edib, soyqırımı törədib. Ona görə də belə soyqırımılar onu yaşayanlar üçün böyük faciə, digər ölkələr üçünsə sadəcə bir statistikadır. Bu baxımdan ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 Mart soyqırımını dünya yetərincə duya bilmir. Ona görə azərbaycanlılara qarşı törədilən soyrımının tanıdılması istiqamətində daha uyğun taktika seçilməlidir ". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.O qeyd edib ki, son illər ərzində Azərbaycanın əlində 31 Mart soyqırımı ilə bağlı xeyli sayda danılmaz dəlillər cəmlənib: "Həmin dəlilləri dünyaya təqdim etməklə 31 Mart soyqırımını dünyada daha da tanıdacağıq. Bunun üçün dayanmadan çalışmaq lazımdır. Özəlliklə də xarici dillərdə materialların çoxaldılması, dərcinin təşkili, görüntülü proqramların yayınlanması işləri daha da artırılmalıdır".Siyasi şərhçi vurğulayıb ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımına dünyada hüquqi qiymət verilməsi bəşəriyyətin növbəti dəfə erməni vandalizminin qurbanına çevrilməməsi üçün vacibdir.

sia.az

Digər xəbərlər