PDF Oxu

Siyasət

  • 59

Asim Mollazadə: “Beynəlxalq təşkilatlar Ermənistanın şıltaqlığına göz yumur” MÜNASİBƏT

Asim Mollazadə: “Beynəlxalq təşkilatlar Ermənistanın şıltaqlığına göz yumur” MÜNASİBƏT

"Ermənistan hakimiyyəti çalışır ki, hədə-qorxu, təcavüzlə Azərbaycanı sınağa çəksin. Heç şübhəsiz ki, bütün bunlar Sarkisyanın 2 aprel Ermənistanda keçirləcək parlament seçkiləri öncəsi özünün daxili nüfuzunu qaldırması oyunları ilə bağlıdır. Amma Ermənistanın və havadarlarının siyasətində bir dəyişiklik yoxdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, hər şey beynəlxalq hüquq normalarının pozulmasına yönəlmiş bir siyasətdir. Ancaq bu siyasətdə dəyişiklik yoxdur: "Çünki Ermənistanı heç kim qınamır və onu sülhə, hansısa sanksiyalara təhrik edən yoxdur. Beynəlxalq təşkilatlar Ermənistanın şıltaqlığına göz yumur və ona qarşı heç bir qınaq yoxdur".ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinə də münasibət bildirdən millət vəkili deyib ki, bu sadəcə olaraq beynəlxalq siyasi turizmin yeni bir mərhələsidir. Mən bu görüşlərdən, fəaliyyətdən heç nə gözləmirəm. Ermənistan öz istədiyini həyata keçirir. Təbii ki, beynəlxalq təşkilatlar da ona susaraq dəstək verirlər".

sia.az

Digər xəbərlər