PDF Oxu

Siyasət

  • 553

“Xalqımızın müstəqil dövlət qurmaq istəyindən qorxan qüvvələr silahlı qırğına başladılar”

“Xalqımızın müstəqil dövlət qurmaq istəyindən qorxan qüvvələr silahlı qırğına başladılar”

"Bu gün Bakıda və Azərbaycanın bir çox bölgələrində erməni-daşnak və bolşevik hərbi dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımın anım günüdür. Rusiya imperiyasının süqutundan sonra Azərbaycan xalqının öz tarixi torpaqlarında müstəqil dövlət qurmaq istəyindən qorxuya düşən qüvvələr xalqımıza qarşı silahlı qırğına başladılar". SİA-nın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə bildirib. O deyib ki, qırığın Bakı ilə yanaşı, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə baş verdi: "Erməni millətçiləri rus ordusundan əllərində olan silahlarla on minləlrə dinc insanı qətlə yetirdilər, əhalini məscidlərə dolduraraq onlara od vurdular. Azərbaycan xalqının milli dövlətçiliyinin olmaması qırğının qarşısının alınmasına imkan vermədi. Ermənistan Respublikasının (1918) birinci baş naziri Ovanes Kaşaznuni daşnakların fəaliyyətini erməni dövləti yaradılması üçün siyasi planları ilə əlaqələndirirdi. ABŞ tarixçisi Maykl Smitin qənaətinə görə isə sovet tarix elmi mart hadisələrinin saxtalaşdırılmasına çalışırdı. Sovet dövründə mart hadisələrində həlak olanların dəfn edildiyi Bakı şəhər dağüstü qəbiristanlığının yerində park salınmışdı. 1990-cı il 20 yanvar hadisəsindən sonra orada salınan memorial kompleksinin yerində tapılan üç mart qırığını qurbanın qəbri bərpa edilmiş və qəbirdaşlarının üstündə "1918-ci il şəhidi" sözləri yazılmışdır".

Millət vəkili qey edib ki, müasir dövrdə mart qırğınlarının ilk siyasi qiymət 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən verilib və onun sərəncamı ilə 31 mart "Azərbaycanlıların Soyqırım Günü" elan edilib.

sia.az

Digər xəbərlər