PDF Oxu

Siyasət

  • 131

Nizami rayon ictimaiyyəti Memorial Soyqırımı Muzeyi ilə tanış olub

Nizami rayon ictimaiyyəti Memorial Soyqırımı Muzeyi ilə tanış olub

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Nizami rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ictimaiyyətinin tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla diqqətə çatdırılması məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunub.

Muzeylə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində, erməni millətçilərinin azərbaycanlılara qarşı müntəzəm olaraq, etnik təmizləməsinin və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı soyqırımı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpası, erməni qəsbkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz rolu olub.

Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətində əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir.

Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva tərəfindən mühüm və əhəmiyyətli işlər, irimiqyaslı layihələr həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu soyqırımı barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Rayon ictimaiyyəti nümayəndələri muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və videomateriallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olub, videoçarxlara tamaşa ediblər.

Ü.ƏSGROV

Digər xəbərlər