"Bu gün Azərbaycan gəncliyi torpağına, Vətəninə sevgi ilə böyüyür". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, Ermənistan bilməlidir ki, hər bir Azərbaycan gənci bu gün Mübariz İbrahimovdur, Çingiz Qurbanovdur: "Bugün onların xatirəsi qəlbimizdə yaşayır. Çingizlər ölmürlər onlar bizim qəlbimizdədir. Nə qədər ki, Azərbaycan var, həmişə Çingizlər bizimlə olacaq. Ümumən götürdükdə Azərbaycan dövlətinin Çingizin qəhrəmanlığına verdiyi qiymət, cənab Prezident İlham Əliyevin onun ailəsini qəbul edərək Çingiz Qurbanov haqqında yüksək fikirlər deməsi, Azərbaycanın hər bir əsgərinə, şəhidi ilə yaxından maraqlandığına və onların xatirəsinin yüksək tutulmasına diqqət etdiyini göstərir".A.Mirzəzadə əlavə edib ki, bu gün Azərbaycan ümumilikdə isə Silahlı Qüvvələrimiz Ermənistanın hücumlarını dəf etməyə, işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Azərbaycan bayrağını Şuşada dalğalandırmağa hazırdır: "Cocuq Mərcanlıdan başayan yol mütləq Azərbaycanın Ermənistanla olan sərhədində bitəcək".
sia.az