"Ermənistandakı saxta seçkiləri cinayətkar rejim öz iqtidarını qorumaq üçün keçirdi. Onların məqsədi hakimiyyətlərini qoruyaraq mənfur siyasətlərini davam etdirmək, Dağlıq Qarabağ münaqişəsindəki status-kvonu saxlamaqdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.O qeyd edib ki, düşmən ölkədəki rejim hakimiyyətini qorumaq üçün xalqın yarısını qırmağa hazırdır: "Bütün dünya bilir ki, Ermənistan müstəqil dövlət deyil. Düşmən ölkənin hərbi forpost olduğu hamıya məlumdur. Bu forpostu idarə edən qüvvələr öz mənfur istəklərini həyata keçirmək üçün xalqa qənim kəsiliblər. Beynəlxalq ictimaiyyət isə Ermənistanda baş verən cinayətkarlıq və saxtakarlığa göz yumur. Bu, ikili standartların mövcudluğunu bir daha nümayiş etdirir".
sia.az