"Ötən ilki aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsində həlledici dönüş nöqtəsi oldu. Ermənistan və onun havadarları Azərbaycan ordusunun gücünü gördü və heç zaman Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyimizə bir daha əmin oldular". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.O vurğulayıb ki, Ermənistanda keçirilən seçkilərin saxtalaşdırılacağı əvvəlcədən məlum idi: "Düşmən ölkədə keçirilən seçkilərdəki saxtakarlığı orada olan beynəlxalq təşkilatların nümayəndələri də gördülər və bununla bağlı bəyanatlar yayırlar. Ermənistandakı cinayətkar rejim artıq xalqı aldada bilmir. Orada böyük etirazçı kütlə yaranıb. Ermənistanda hərbi canilərin hakimiyyətinə son qoymaq üçün böyük etiraz dalğası başlayacaq. Onsuzda düşmən ölkə hər cəhətdən ifalasa uğraya-uğraya gedir. Orada Sarkisyan rejiminin sonu yaxınlaşıb".
sia.az