PDF Oxu

Siyasət

  • 489

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam etməkdədir

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam etməkdədir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar Ziya Bünyadov küçəsi 3 ünvanlı (Azərbaycan Respublikası Milli Arxiv İdarəsi) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Yığıncağı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəis müavini Əsgər Rəsulov açaraq, gündəliyə çıxaracaq məsələlər barədə məlumat verib.

Hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Yeganə Cabbarlı təşkilat tərəfindən həyata keçirilən tədbir və layihələrdən danışıb. Qeyd olunub ki, təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra edilməkdə davam edəcək.

Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Əsgər Rəsulov və qadınlar şurasının sədri Könül Nəsibova hesabat məruzəsinin qənaətbəxş olduğunu qeyd ediblər.

Çıxışlardan sonra təşkilati məsələlər geniş müzakirə olunub. Qərara əsasən, 7 nəfərdən ibarət idarə heyəti, Yeganə Cabbarlı sədr, Cəmaləddin Cavadov sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına isə 2 nəfər nümayəndə seçilib.

Sonda YAP Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov çıxış edərək, ölkə başçısı, YAP-ın Sədri İlham Əliyevin siyasi rəhbərliyi ilə ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdən danışıb. Yeni seçilmiş ərazi ilk partiya təşkilatının idarə heyətinə uğurlar arzulayıb.

Daha sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

ZÜMRÜD

Digər xəbərlər