"Ermənistanda həmişə olduğu kimi, aprelin 2-də keçirilən parlament seçkilərinin də saxtalaşdırılacağı öncədən aydın idi. Erməni xalqı indiki hakimiyyətin əsarətində yaşayır. Ağıllı erməni hazırkı idarə etmə üsulu ilə razılşa bilməz. Hakimiyyət qonşu Azərbaycanın ərazisini işğalda saxlayır. Erməni xalqının səfalət içində yaşaması məhz bu amillə bağlıdır". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.Onun sözlərinə görə, Ermənistanın iqtisadi böhran yaşamasının səbəbi Azərbaycanla, o cümlədən Türkiyə ilə düşmən münasibətdə olmasıdır: "Bu ölkə regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb. Belə vəziyyətə erməni xalqı dözə bilmir və hakimiyyətə kəskin etiraz edir. Etirazları qanla yatırmaq istəyən və bunu gücü çatmayan Sarkisyan və onun dəstəsi hakimiyyətini qorumaq məqsədi ilə cəmi bir yola möhtac qalıb ki, bu da seçkinin saxtalaşdırılmasından keçir. Gerçəklik hissini itirən Ermənistan hakimiyyəti bu yolun minalandığını dərk edə bilməz. 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusu Ermənistan ordusunu elə rəzil günə salıb ki, artıq Sarkisyan hansı yolla getdiyini unudub, bu yolda faciələr yaşayacağını anlamaq qabiliyyətini itirib. Ermənistanda misli görünməmiş xalq-iqtidar qarşıdurmasının yaşanacağı qaçılmazdır".C.Musaoğlu əlavə edib ki, Ermənistan xalqı qəflət yuxusundan nə qədər tez oyansa, Azərbaycan torpaqlarının işğalına son qoymayacaqları təqdirdə heç vaxt xoşbəxt və rahat yaşaya bilməyəcəklərini anlasa, bəladan bir o qədər tez qurtulacaq: "Azərbaycan regionda sülh yaratmağa, onu qorumağa və əbədi yaşatmağa hazır dövlətdir. Ermənistan cəmiyyəti dəqiq bilsin ki, xilas Azərbaycanla səmimi qonşuluq şəraitində yaşamaqdıqır. Bunu üçün erməni xalqı Sarkisyan hakimiyyətini işğalçılığa son qoymağa çağırmalı, bu ölkədə insani dəyərlərə üstünlük verən hakimiyyətə sahib olmalıdırlar".
sia.az