"Ümumiyyətlə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ordumuzdan, əsgərimizdən, xalqımızın qələbə əzmindən danışanda yüksək ifadələrdən istifadə edir. Bəzən isə bədxahlarımız bu ifadələrin sadəcə söz olduğunu iddia edir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, ötən ilki qələbəmiz onu göstərdi ki, Ali Baş Komandan bildiyini danışır: "Yəni ölkə başçısı əmin olmasa idi, o cür sözlər istifadə etməzdi. Azərbaycan Prezidenti daim vurğulayır ki, ordumuz bir neçə günü içində belə Dağlıq Qarabağı və ətrafındakı bütün rayonları işğaldan azad edəcək qədər qüvvətli bir ordudur. Yəni bu da təsadüfi deyil. Çünki biz dəfələrlə bu rəqəmi səsləndirmişik. Dövlətin Azərbaycan ordusuna ayırdığı büdcə Ermənistan dövlətinin bütövlükdə büdcəsindən artıqdır. Bunun özü belə bizim ordumuzun gücü haqqında çox şey deyir".A.Həsrət bildirib ki, cəbhə xəttində erməni təxribatlarına qarşılıq aprel döyüşlərinin növbəti dəfə təkrarlanma ehtimalı böyükdür: "Ona görə ki, Ermənistan dünyaya səs salmaq, özünü yazıq vəziyyətdə göstərmək üçün bu təxribatlara əl atır. Onlar təxribatı törətdikdən sonra dünyaya car çəkirlər ki, guya Azərbaycan ordusu təxribat törədir. Birincisi, Azərbaycan ordusu öz ərazisində niyə təxribat törətməlidir? İşğal altındakı torpaqlarımız bizim torpaqlarımızdır. Azərbaycan ordusu hər hansı bir hərəkət edirsə, bunu sadəcə olaraq öz ərazimizdə edir və buna görə Ermənistan narahat olmamalıdır. İkincisi, Azərbaycan ordusu təxtibatla məşğul deyil. Ötən ilin aprelində biz göstərdik ki, sadəcə olaraq ermənilərin təxribatlarına cavab verməyə məcbur oluruq. Bu niyə baş verir? Ona görə baş verir ki, Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan Prezident İlham Əliyev dəfələrlə deyib ki, biz Ermənistandan qat-qat güclü olsaq da sülh prosesinə sadiqik, münaqişəni dinc yolla həll etmək istəyirik. Biz başa düşürük ki, qarşılıqlı şəkildə böyük itkilər verərək torpağı azad edə bilərik və buna gücümüz çatar. Amma sadəcə Azərbaycan xalqını deyil, məzlum erməni xalqını da düşündüyümüzə görə biz hələlik güc yolundan istifadə etmirik".
sia.az