Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşşəbbüsü və dəstəyilə hazırlanmış yazışı publisist Bəxtiyar Qaracanın " Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən " Muradına çatmıyanlar ; apreldən əvvəl və sonra" sənəddli filminin təqdimatı keçirildi. SİA-nın məlumatına görə, təqdim olunan film Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə həsr olunmuşdu.Filmdə çıxış edən MŞ sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, ATXƏM-sədri İlham İsmayılov, Prezident Adminstrasiyanın sektor müdir Qafar Əliyev, Murad Mirzəyevin atası Telman Mirzəyev, xanımı Fizzə Mirzəyeva və qəhrəmanın döyüş dostları aprel döyüşlərinin əhəmiyyətindən danışaraq, onun göstərdiyi qəhrəmanlıqların gələcək nəsillər üçün bir örnək olduğunu qeyd edib.Tədbirdə MŞ sədri Əflatun Amaşov, millət vəkili Musa Qasımlı, Hikmət Babaoğlu, Qənirə Paşayeva və digərləri çıxış edibTədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, aprel döyüşləri xalqımızın qəhrəmanlığını, igidliyini bir daha sübüt etdi.Millət vəkili Musa Qasımlı öz növbəsində qeyd edib ki, Murad Mirzəyev xalqın, millətin qəhrəmanıdır. Bu qəhrəman millətimizə, gələcək nəsillərimizə örnək olmalıdır. Belə igid qəhrəman oğul böyütdüyü üçün, bu ailəyə bu ocağa öz təşəkkürünü bildirib.Millət vəkili Hikmət Babaoğlu çıxışı zamanı bildirib ki, Azərbaycan yeganə dövlətdir ki, öz tarixi torpaqları ilə sərhədlləri var. Bu igidlər Azərbaycanın ərazi bütövlüyü üçün canlarından keçib, şəhid olublar. Bunlardan biri də Murad Mirzəyev kimi qəhrəman igid oğlumuzdu. Son olaraq bildirib ki, Ermənistan bizim qonşumuz deyil, sadəcə olaraq başqa bir imperiya bu milləti bizə qonşu edib.
sia.az