PDF Oxu

Siyasət

  • 187

"Ermənistandakı seçkiləri beynəlxalq aləm tanımayacaq" MÖVQE

"Ermənistandakı seçkiləri beynəlxalq aləm tanımayacaq" MÖVQE

"Ermənistanda keçirilən parlament seçkiləri bir daha sübut etdi ki, bu ölkədə nəinki ümumi vəziyyət, iqtisadi durum, hətta seçki belə Sarkisyanın özünə uyğun formadadır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Elşən Musayev deyib.Beynəlxalq qurumların da söylədikləri kimi, düşmən ölkədə keçirilən seçkilərdə total saxtakarlığın olduğunu deyən deputat bildirib ki, Sarkisyan seçki başlanan gündən barmağının izinin tanınmaması ilə özünü rüsvay etmiş oldu: "Aparatlar belə onun şəxsiyyətini təsdiq etmədi. Amma bütün bunlara baxmayaraq, Sarkisyan seçkidən öncə Fransadan olan erməni lobbisi ilə işlədi, rəsmi və qeyri-rəsmi səfərlər etdi. Müxalifətə dəstək verə biləcək qüvvələr var idi ki, Sarkisyan onları da müəyyən yollarla ələ aldı. Lakin düşünürəm ki, Ermənistanda total saxtakarlıqdan sonra seçkilər beynəlxalq aləm tərəfindən tanınmayacaq".Deputatın sözlərinə görə, Sarkisyanın ən böyük arzusu Azərbaycanı seçki öncəsi təxribata çəkmək idi: "Mart ayında Ermənistan tərəfindən xeyli təxribatlar olsa da, Azərbaycan tərəfi buna uymadı, səbrli davrandı. Bütün bunlar Ermənistanın ötən ilki aprel döyüşlərinin kompensasiya etmək, vəziyyətdən istifadə edib öz nüfuzunu qaldırmağa hesablanmışdı. Lakin o, buna da nail ola bilmədi. Böyük dövlətlər belə parlament seçkilərində Sarkisyana "hə" deməkdən, onun siyasətinin davamından imtina etdi".E. Musayev qeyd edib ki, Ermənistanın bədbəxtliyi orada güclü müxalifətin olmamasıdır: "Düzdür, müxalifət olaraq Ter-Petrosyanın adı hallanırdı. Lakin ekspertlər də onun böyük gücə malik olmadıqlarını bildirmişdilər. Heç şübhəsiz ki, bəzi dövlətlər Sarkisyana bu seçkilərdə dəstək veriblər. Amma seçki o qədər saxtalaşdırılıb ki, artıq bütün Ermənistan cəmiyyətinə, xalqına, ictimaiyyətinə tam məlumdur ki, Sarkisyanın razılığı olmadan heç kim parlamentə düşə bilmir. Bu da təbii ki, onların növbəti biyabırçılığıdır. Hər kəsə məlumdur ki, Sarkisyanın özü terrorçudur. Onun əli bir tək azərbaycanlıların qanına deyil, eləcə də ermənilərin qanına batıb. İstintaq da sübut edir ki, Ermənistanda baş nazir və spikerin öldürülməsində killer sifarişçisi Sarkisyanın özü olub. Bumeranq deyilən anlam var və mən heç də şübhə etmirəm ki, düşmən ölkə prezidenti də tez bir zamanda devriləcək və ya öldürüləcək".

sia.az

Digər xəbərlər