PDF Oxu

Siyasət

  • 846

Levon Ter-Petrosyan və Robert Koçaryan çıxdaş oldu, bəs Serj Sarkisyan necə..?

Levon Ter-Petrosyan və Robert Koçaryan çıxdaş oldu, bəs Serj Sarkisyan necə..?

"Aprelin 2-də Ermənistanda keçirilən seçkilərdəki səsvermələr yeni siyasi vəziyyətin yaranmasına səbəb olub. Bu vəziyyətin daha öncəkilərdən hansı fərqlilikləri ilə seçiləcəyini isə qarşıda baş verəcək hadisələrin inkişafı göstərəcək, hansı ki, bu hadisələr mütləq dinamik xarakter alacaq - 2018-ci ildə mövcud olacaq problemlər də daxil olmaqla". SİA xəbər verir ki, bu şərhlə Ermənistanın müxalifətyönlü 1in.am saytının analitik bölümü çıxış edib.

"Ter-Petrosyanın Ermənistanın siyasi palitrasında özünəməxsus rəngi var idi"

Yazının müəllifi Aram Amatuni Ermənistandakı mövcud vəziyyətlə daha öncəki prezidentlərin dövrü ilə müqayisə edərək, qeyd edir ki, hazırkı vəziyyət bir sıra məxsusiyyətləri ilə seçilir və onlardan biri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın, faktiki olaraq, fəal siyasi proseslərdən kənarda qalmasıdır. SİTAT: "Ter-Petrosyan, əlbəttə ki, xüsusi fəallığı ilə seçilməyib, lakin onun rəhbərlik etdiyi siyasi qüvvə parlamentdə özünü göstərirdi və siyasi palitrada özünəməxsus rəngi var idi. İndi bu "rəng" parlamentdən çıxdaş olundu, yəni əsas palitradan çıxdı. Ermənistan Milli Konqresi bundan sonra nə edəcək? - hələlik, bəlli deyil".

"Erməni Milli Konqresi elə Levon Ter-Petrosyan deməkdir..."

Amatuni yazır ki, məsələyə erməni reallığından yanaşılarsa, parlamentdə olmamaq aktual siyasi proeslərdən kənarda qalmağa bərabərdir: "Lakin Ermənistanda politoloji qanunların kökündən dağıdıldığını nəzərə alarsaq, bu ölkədə hər şeyin mümkün olduğu qənaətinə gəlmək mümkündür. Necə ki, Ermənistan Milli Konqresinin yaşadıqları kimi. Ermənistan Milli Konqresi isə, sadəcə, Levon Ter-Petrosyan deməkdir və o, parlamentdən çıxdaş olmasıyla, aktiv siyasi proeselərdən də uzaqlaşır".

Erməni analitik Ermənistanın ikinci prezidenti Robert Koçaryanla da bağlı analiz apararaq, xatırladır ki, bundan az öncə isə, proseslərdən çıxdığını ikinci prezident Robert Koçaryan bəyan etmişdi. Amatuni Koçaryanın dövründə keçirilən seçkilərin Sarkisyanın dövründəki seçkilərdən heç nə ilə fərqlənmədiyinə də eyham vurub. SİTAT: "O, parlament seçkilərinə qədər bəyan etmişdi ki, ideoloji mübarizə aparmayacaq və hər şeyin pulla həll olunduğu proseslərdə iştirak etmək fikrində deyil. Əlbəttə, burada söhbətin digər tərəfi ondan ibarətdir ki, bəs Koçaryanın prezidentliyi dövründə keçirilən seçkilər nəyə əsaslanırdı və həmin seçkilər nə qədər ideoloji əsaslara söykənirdi".

"Koçaryan daim intriqalı vəziyyəti saxlamaqla hər hansı prosesdən kənarda qaldığını heç vaxt birbaşa bəyan etmirdi"

Erməni siyasi şərhçi Koçaryanın daim intriqalı siyasət yürütdüyünü də xatırladaraq, artıq onun bundan sonra bu vasitədən də istifadə etməyəcəyi qənaətinə gəlib: "Bəlli olan budur ki, Koçaryan, hətta kölgə siyasətində belə qalmayacağını bəyan edərək, ümumiyyətlə, siyasi proseslərdən kənara çəkilir. Çünki buna qədər Koçaryan daim intriqalı vəziyyəti saxlamaqla hər hansı prosesdən kənarda qaldığını heç vaxt birbaşa bəyan etmirdi. Lakin bu dəfə ikinci prezident həmin vəziyyəti saxlamadı".

"Beləliklə, yeni situasiyadakı komponentlərdən biri də budur ki, fəal siyasi proseslərdən aşkar iştirakçılar olaraq birinci prezident və kölgə iştirakçı - ikinci prezident xaric olur"-deyə yazan Amatuni bildirib ki, Ermənistandakı daxili siyasi həyat və daxili siyasi proseslər, xüsusilə, 2008-ci ildən sonra, praktiki olaraq, üç prezidentin qapalı üçbucağında cərəyan edirdi. SİTAT: "Onların hər biri üçbucağın ayrı-ayrı bucaqlarında yer tutmuşdular -əlbəttə ki, müxtəlif formatlarda və müxtəlif rolları ilə və eləcə də, bir-birləri ilə müxtəlif dinamik münasibətləri baxımından. İndi, faktiki olaraq, birinci və ikinci prezidentlər, müəyyən mənada, geri çəkilirlər. Səbəblər, əlbəttə ki, müxtəlifdir, ancaq onların geriyə çəkilmələri daha çox görünməkdədir".

"Bugünkü günə qədər Serj Sarkisyan həmin suala dəqiq cavab verməyib"

Analitik sonda S.Sarkisyanın bundan sonra hansı addım atacağının hələ də müəmma olaraq qaldığını qeyd edir. Bildirir ki, hazırkı prezident nədənsə bu sualı cavablandırmaq marağında deyil. Çünki onun məqsədi hakimiyyətini hələ bundan sonra uzun müddət əlində saxlamaqdan ibarətdir: "Bu mənada, 2 apreldən sonra yaranmış yeni situasiyada yaranan əsas suallardan biri növbətisidir: bəs üçüncü prezidentlə bağlı nə olacaq. O, 2018-ci ilin aprelindən sonra gedəcək, yoxsa öncəki iki prezidentləri birdəfəlik yox etməklə hələ öz hakimiyyətini uzun müddət saxlayacaq? Bugünkü günə qədər Serj Sarkisyan həmin suala dəqiq cavab verməyib".

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər