PDF Oxu

Siyasət

  • 357

Ekspert: “Mülki insanların öldürülməsi hər bir dövləti narahat etməlidir” MÜNASİBƏT

Ekspert: “Mülki insanların öldürülməsi hər bir dövləti narahat etməlidir” MÜNASİBƏT

"Sankt-Peterburqda baş verən terror əslində Rusiyaya, şəxsən Putinə verilən mesaj idi. Mən bu barədə dəfələrlə demişəm". Bunu SİA-ya açıqlamasında ekspert Səbuhi Abbasov deyib.Onun sözlərinə görə, qırğız əsilli şəxs İŞİD olaraq terror hadisəsini törədə bilər: "Ancaq metronun içinə qədər gedib çıxma mexanizmini ən yaxşı ermənilər bilir. Belə bir sual yaranır: Niyə məhz Putinlə Lukaşenkonun Peterburqda görüşündən dərhal sonra bu hadisə baş verdi? Digər bir səbəb sözssüz ki, bu məsələdə Rusiyanın Yaxın Şərq əməliyyatının "xidmətləri" çox böyükdür. İstənilən halda bu hadisə onu göstərdi ki, mövcud təhlükəsizlik tədbirləri kifayət etmir və təkmilləşməyə ciddi ehtiyac var. Terrorun milləti olmur. Əgər terror baş veribsə deməli bu bəşəriyyətə qarşıdır. Sadə, mülki insanların kütləvi şəkildə öldürülməsi ciddi şəkildə hər bir dövləti narahat etməlidir".

sia.az

Digər xəbərlər