PDF Oxu

Siyasət

  • 2 196

"SƏS" Media Qrupun təşkilatçılığı ilə dəyirmi masa keçirilir YENİLƏNİR

"SƏS" Media Qrupun təşkilatçılığı ilə dəyirmi masa keçirilir YENİLƏNİR

Bu gün "SƏS" Media Qrupun təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin akt zalında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş "İslam Həmrəylik İli" və IV "İslam Oyunları 2017" ilə bağlı dəyirmi masa keçirilir. SİA-nın verdiyi məlumata görə, dəyirmi masada müvafiq dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri iştirak edirlər. Tədbirin moderatoru "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev diqqəti IV "İslam Oyunları 2017"-nin İslam dünyası, ümumiyyətlə bütün dünya üçün əhəmiyyətinə yönəldib, bu oyunların yüksək səviyyədə keçirilməsilə islam dininin sülh və mərhəmət dini olduğunu vurğulayıb.Digər çıxış edənlər isə bildiriblər ki, mayın 12-22-də İslam dünyasının diqqəti Bakıya yönələcək. 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının iştirak edəcəyi gözlənilən IV İslam Oyunlarının Azərbaycanda keçirilməsi İslam dünyası, eləcə də bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu oyunların yüksək səviyyədə təşkil olunması və keçirilməsilə islam ölkələri arasında əlaqələri gücləndirəcək və bütün dünyaya bir daha nümayiş olunacaq ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir.Çıxışlarda xüsusilə vurğulanıb ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına layiqincə ev sahibliyi etməklə müstəqillik tarixinə daha bir şanlı səhifə yazmış olacaq.

sia.az

Digər xəbərlər