PDF Oxu

Siyasət

  • 156

Qarabağ probleminin həlli erməni politoloqunun gözü ilə

Qarabağ probleminin həlli erməni politoloqunun gözü ilə

SEÇKİLƏRDƏN SONRA

Manvel Sarqsyan: "Azərbaycan tərəfi aydın şəkildə bəyan edib ki, əraziləri qaytarın və Qarabağı tərk edin"

"Uzun illərdir ki, həm hakimiyyətyönümlü, həm də müxalifətçi qüvvələr seçkilər zamanı, eləcə də, ölkədaxili siyasi proseslərin inkişafında Qarabağ probleminin həlli istiqamətində fikirlər bildiriblər". SİA xəbər verir ki, bu barədə Ermənistanın Milli və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Manvel Sarqsyan ölkənin birinci informasiya kanalına (1in.am) verdiyi müsahibəsində bildirib.

"Aşkar problem əsas problem kimi qəbul edildi və təklif olundu ki, seçkiqabağı proqramı, məhz bu məsələ üzərində qurulsun"

Jurnalistin seçkilərin arxada qaldığı və Levon Ter-Petrosyanın da daxil olduğu Ermənistan Milli Konqresi - "Çiçəklənən Ermənistan" Partiyasının "Sülh, barışıq və mehriban qonşuluq" şüarı əsasında seçkilərə qatılması, o cümlədən, Qarabağ problemi mövzusunun əsas müzakirə predmeti kimi ortaya atıldığı barədə verdiyi sualını cavablandıran erməni politoloq deyib ki, əslində, sözügedən məsələ ilə bağlı məxsusi bir yanaşma formalaşmışdı, hətta tərəflər bir-birlərini, davamlı olaraq, Dağlıq Qarabağ problemi ətrafında spekulyasiyalara yol verməkdə ittiham edirdi: "Bu dəfə bir az başqa yanaşma oldu, hansı ki, aşkar problem əsas problem kimi qəbul edildi və təklif olundu ki, seçkiqabağı proqramı, məhz bu məsələ üzərində qurulsun. Əlbəttə, başqa yanaşma da var idi, lakin hesab edirəm ki, cəmiyyəti bu kimi söhbətlərə dəvət etmək əhəmiyyətlidir. Problemin həlli ətrafındakı sual konkretləşdirilib - problemi necə həll etməli..?"

"Levon Ter-Petrosyan Azərbaycanın heç vaxt Qarabağın müstəqilliyini tanımayacağını bildirib"

Manvel Sarqsyan bildirib ki, Erməni Milli Konqresinin nümayəndələri danışarkən, insanlar tamamilə konkret deyirdilər ki, bəli, problem həll edilməlidir, ancaq heç kim onun həll olunmamış qalmasını da istəmir: "Lakin problemin həlli yolunun hansı vasitəylə tapılması sualına cavab verilməyib".

Jurnalist politoloqa xatırlatma edərək, Ter-Petrosyanın Qarabağ probleminin sülh qarşılığında ərazilərin qaytarılması istiqamətində həll olunmaması halında müharibənin başlanma ehtimalı fikirlərini çatdırıb və Manvel Sarqsyan həmin, fikrə cavab olaraq, Azərbaycan tərəfinin bəyanatını xatırladıb. SİTAT: "Azərbaycan tərəfi prezident və vitse-prezident səviyyəsində dərhal və aydın şəkildə cavab olaraq, bəyan edib ki, əraziləri qaytarın və oranı tərk edin. Ona görə də, hesab edirəm ki, siyasi xadim Levon Ter-Petrosyan Azərbaycanın heç vaxt Qarabağın müstəqilliyini tanımayacağını bildirib. Hətta bütün dünya Qarabağı tanıyarsa, onlar (Azərbaycan-R.N.) tanımayacaq".

"Madrid prinsipləri problemin həllinə heç bir səmərə vermir"

Erməni müxbirinin "Artsaxın" özünütəyinetmə hüququndan istifadəsi ilə bağlı beynəlxalq aləmin tələbinin edilməsi sualını cavablandıran politoloq deyib ki, bu, olub, hətta Lavrov ötənilki bəyanatında azərbaycanlı jurnalistin sualını cavablandırarkən, dəqiq olaraq deyib ki, status məsələsi birdəfəlik həll edilməsə ərazilərin qaytarılması barədə danışıqlarda heç bir irəliləyiş olmayacaq.

Lakin Manvel Sarqsyan etiraf edib ki, Ermənistanın siyasi arenasında da, artıq anlamağa başlayıblar ki, Madrid prinsipləri problemin həllinə heç bir səmərə vermir: "Bu, çox mühümdür. Onda problemi necə həll etməli? Qiymətləndirmələri eşitmişəm, ancaq təkliflər olmayıb".

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər