"Son günlər Azərbaycanı narahat edən məsələ Rusiyada olan Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti ilə bağlıdır. Oradakı hansısa qüvvələr iki ölkə arasında, əməkdaşlıq, dostluq münasibətlərinə hər hansı bir xələl gətirmək istəyir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Parlamentin plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.O bildirib ki, Rusiyada olan Ümumrusiya Azərbaycan Konqresi hər zaman Rusiyanın ən çətin zamanlarında onun yanında olub, fəaliyyət göstərib.Onun sözlərinə görə, Azərbaycan bir dövlət kimi hər zaman Rusiya ilə bağlı məsələlərdə mütəffiqlik mövqeyindən geri çəkilməyib: "Azərbaycanda 300-dən artıq rus məktəbi, universitetlər, eləcə də digər ali məktəblərin filialları fəaliyyət göstərir. Azərbaycan hər zaman bu məsələyə diqqət və həssaslıqla yanaşıb. Ermənistan çıxmaq şərtilə öz qonşuları ilə müsbət münasibətlər saxlamağa tərəfdar olub. Azərbaycan Prezidenti hər zaman bu siyasəti yürüdüb. Lakin bu gün bu cür məsələrin ortaya atılması, hanısa qüvvələrin bu cür məsələləri qızışdırması, iki ölkə və vətəndaşları arasında hər hansı bir narazılığına səbəb olur. Bu baxımdan hesab edirəm ki, Milli Məclisdə təmsil olunan ostluq qrupunun üzvləri və digərləri məsələnin müsbət həllinin tapılması üçün müraciət etməlidirlər. Bunu edənlər başa düşməlidir ki, iki ölkə arasında münasibətlər hər zaman yüksələn xəttlə inkişaf edir. Azərbaycan regionda əhəmiyyətli rol oynayır. Ölkəmiz Rusiya Türkiyə münasibətlərinin yaxşılaşmasında mühüm rol oynayıb. Bu münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinə xüsusi təşəkkür bildirilib. Belə olan halda, kiçik bir məsələ ilə insanlar və ölkələr arasında narazılıq yaratmaq düzgün deyil".
sia.az