"Rusiyada olan Ümumrusiya Azərbaycan Konqresini zamanında Ulu Öndər Heydər Əliyev və Rusiya prezdenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Bu qurum diaspora sahəsində Rusiyada real fəaliyyət göstərən qurumdur. Konqres ölkəmizlə yanaşı Rusiyanın dövlət maraqlarını ifadə edib". SİA-nın xəbərinə görə, bunu Milli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əli Hüseynli Parlamentin bu gün keçirilən iclasında cari məsələlər müzakirə olunarkən deyib. Son illər Rusiya Azərbaycan münasibətlərininstrateji müttəfiqlik səviyyəsinə yüksəldiyini deyən işçi qrupunun sədri bildirib ki, Azərbaycan-Rusiya arasında əməkdaşlıq səmimi xarakter daşıyır: "Məhz bu baxımdan Ümumrusiya Azərbaycan Konqresini fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali məhkəməyə müraciəti təəccüb doğurmaqla yanaşı, bizdə bu məsələdə müəyyən təxribatların olması ilə bağlı fikir də yaradır. Rusiya qeydiyyatla bağlı konqresə bir neçə dəfə müraciət edilib. Sonuncu yəni üçüncü müraciət ötən ilin oktyabr ayında olub. Bilirsiniz ki, Konqresin ötən ilin dekabrında Qurultaya keçirilib və həmin ayda da konqreslə bağl yeni sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Buna baxmayaraq, Rusiyanın Ədliyyə Nazirliyi birliyin vahid dövlət reyestrindən çıxarılması ilə bağlı cari ilin mart ayında Ali Məhkəməyə müraciət edib. Lakin Rusiya qanunvericiliyi belə vəziyyətdə bir neçə tədbirləri özundə ehtiva edir. Belə ki, bu cür məsələlərdə qanunvericiliyə əsasən cərimə, eləcə də sənədlərin qaydaya salınması kimi qərarlar qəbul edilə bilərdi. Lakin onlar son addımı məhz konqresin ləğvini seçiblər. Biz onlara Rusiya qanunvericiliyinə bir daha baxmağı təklif edirik".Ə. Hüseynli əlavə edib ki. bu kimi hallar Azərbaycan qanunvericiliyində də var: "Axtarsaq Rusiya İcmasının da sənədləri ilə bağlı müəyyən problemlərin olduğunu görərik. Lakin Azərbaycan heç zaman onun ləğvi ilə bağlı məsələ qaldırılmayıb. Bu məsələ çox ciddidir və ölkələr arasında siyasi münasibətlərdə mühüm rola malikdir. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Rusiya Ədliyyə Nazirliyi və İnzibati Məhkəməyə müraciət ünvanlayacaq".
sia.az