PDF Oxu

Siyasət

  • 157

Azərbaycan Universitetində aprel şəhidinin xatirəsi anılıb YENİLƏNİB

Azərbaycan Universitetində aprel şəhidinin xatirəsi anılıb YENİLƏNİB

Bu gün Azərbaycan Universitetində aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının anım mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Universitetin rektoru Səadət Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Həbib Məmmədov, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev, şəhidin ailə üzvləri və tələbələr iştirak edib.Tədbirə Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi və aprel döyüşlərində həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə start verilib.İlk olaraq çıxış edən Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva aprel hadisələrində düşmən təxribatı zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar, ordumuzun inamlı qələbəsindən söhbət açıb. Bildirib ki, hər birimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırıq. Aprel döyüşləri ordu-xalq birliyini bir daha bariz şəkildə nümayiş etdirdi.Rektor qeyd edib ki, Azərbaycan Universitetinin məzunu olan Fəxrəddən Qurbanlı kimi digər şəhidlərimizin xatirəsi də bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq.Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Həbib Məmmədov gənclərə üzünü tutaraq vurğulayıb ki, bu gün biz vahid amal ətrafında birləşərək ölkəmizi daha da gücləndirməli, müstəqilliyimizi daha da möhkəmləndirməliyik ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Mən əminəm ki, sizin kimi igid oğul və qızlarımızın sayəsində buna nail olacağıq.Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev hər bir şəhid valideyni qarşısında baş əydiyini deyib: "Xalq şəhid övladlarımıza görə başını dik tuta bilər. Çünki tarixi qəhrəmanlığımız özümüzə qayıtdı, biz güclü, haqq uğurunda savaşmağı bacaran xalq olduğumuzu bir daha təsdiqlədik".

O çapdan yeni çıxmış Bilik Fondunun tanınmış jurnalist Aida Eyvazlının "Qalibiyyət – şahidlər və şəhidlər" kitabı haqqında da məlumat verib: "Bu kitab tarixi mənbəyə çevrildi. Uzun illər keçəcək, yeni nəsil bu mənbə ilə tanış olanda təmsil etdiyi xalqın nə qədər ləyaqətli bir həyat yaşadığını öyrənəcək"."SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev isə deyib ki, aprel döyüşləri Azərbaycan ordusuna özünə inam verdi: "Aprel döyüşləri zamanı Azərbaycan cəmiyyətində xüsusi bir qələbə əzmi, döyüş ruhu yarandı, siyasi mövqeyindən asılı olmayaraq hər kəs dövlətin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Bir sözlə, Azərbaycan münaqişə ilə bağlı yekdil və sərt mövqe ortaya qoydu".B.Quliyev əlavə edib ki, şəhidlərin dəfni zamanı yaranan izdihamlar, şəhidlərin ruhuna olan böyük hörmət və ehtiram cəmiyyətin vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun bir daha bariz nümunəsini ortaya qoydu: "Aprel döyüşləri göstərdi ki, Azərbaycan gəncləri nəinki münaqişəni unudub, əksinə, Qarabağ uğrunda ölümə belə getməyə hazırdırlar".Sonda çıxış edən şəhidin atası Seyfəddin Qurbanlı isə bildirib ki, bizi onun şəhidliyi nə qədər kədərləndirsə də Vətən uğrunda qəhrəmanlıq göstərməsi o qədər də sevindirdi: "Biz övladlarımızı böyüdürük ki, vətəni qorusun, yeri gələndə belə şəhid olsun. Vətən sevgisini ana sevgisi ilə eyni tutulması o deməkdir ki, vətən torpağı ana qədər əzizdir".Tədbirə müzakirələrlə yekun vurulub.

sia.az

Digər xəbərlər