PDF Oxu

Siyasət

  • 708

Erməni xüsusi xidmət orqanlarının uğursuzluqları

Erməni xüsusi xidmət orqanlarının uğursuzluqları

SİYASİ ARAŞDIRMA

Yaxud milli satqın Şahin Mirzəyev timsalında rüsvayçı "əməliyyat"

Bu il fevral ayının əvvəllərində Mirzəyev Şahin Sahil oğlu adlı milli satqın Ermənistana səfər edərək, orada "siyasi sığınacaq" alıb. Lakin o, bunu etmək üçün guya Azərbaycanda "talış xalqının etnik mənşəyinə görə təqiblərə" (?!-R.N.) məruz qaldığını deyib. Bu barədə ölkə mediasında kifayət qədər məlumatlar və informasiyalar var. Lakin bu şəxs haqqında araşdırmalar apardıqca, digər amillər də üzə çıxır. Məsələn, onun Ermənistanda "siyasi sığınacaq" almasının ardınca, ilk olaraq erməni xüsusi xidmət orqanlarının nəzarətində olan və bu qurumun ruporu rolunda çıxış edən "voskanapat" saytı dərhal hərəkətə keçməyə başladı. Məsələn, bu milli satqın Ermənistanda görünər-görünməz dərhal "Stepanakertin" -Xankəndin blokadadan çıxması (???!!!-R.N.) ilə bağlı cəbhə ərazisində keçirilən tədbirə dəvət aldı və "ekspert"ə çevrildi.

Lakin bu zaman sual yarandı - axı Xankəndi necə "blokadadan çıxıb" ki, ermənilərin xüsusi xidmət orqanları bununla bağlı Şahin kimi "ekspertlərə" ehtiyac duyur? Lakin bu barədə daha sonra qeyd ediləcək...

Bu fakt Azərbaycanın Talış İcmasına da bəllidir ki...

Beləliklə, bir daha milli xəyanətkar Ş.Mirzəyevin "hara doğumlu" olduğunu xatırlayaq. Bu şəxs əslən, Lerikin Kələvəz kəndindəndir. Lakin bu kənddə etnik talış xalqının bir nəfər də olsa nümayəndəsi yaşamır. Həmçinin, onun ailəsi də, bir müddət əvvəl, sözügedən hadisənin ardınca heç vaxt talış dilində danışmadıqlarını bildiriblər. Digər tərəfdən, Mirzəyevlər, heç əslən də Lerikdən deyillər. Bu ailənin yaşlıları xatırlayırlar ki, əsilləri Qərbi Azərbaycandandır və ötən əsrin əvvəllərində oradan İrana köçüblər. İrandan isə Lerikə köç edərək, bu ərazilərdə kök salmağa başlayıblar və bu fakt Azərbaycanın Talış İcmasına da bəllidir ki, Lerikdə belə ailələr kifayət qədərdir.

Ş.Mirzəyevin qaranlıq keçmişini araşdırdığımız zaman görürük ki, o, Rusiyada qətl törətdiyinə görə həbs yatıb, çoxarvadlılığa və əyyaşlığa meyilli şəxs kimi tanınıb, həmçinin siyasi-ictimai təşkilatlara qoşularaq dələduzluq əməlləri ilə ad çıxarıb

Belə olan halda, biz Ş.Mirzəyevin qaranlıq keçmişini araşdırdığımız zaman görürük ki, o, Rusiyada qətl törətdiyinə görə həbs yatıb, çoxarvadlılığa və əyyaşlığa meylli şəxs kimi tanınıb, həmçinin siyasi-ictimai təşkilatlara qoşularaq dələduzluq əməlləri ilə ad çıxarıb. Məsələn, o, Müsavat partiyasının da üzvü olarkən, həmin əməllərinə görə, partiyadan qovulub. Bu zaman onun haqqında danışdığımız hərəkətlərinin əsl motivizasiyası bir daha bəlli olmaqdadır.

Lakin bu arada, daha bir sual yaranır ki, Ş.Mirzəyev "həyatına təhlükə" var deyib Ermənistana qaçarkən, nəyə görə, öz qaranlıq həyatı barədə əsl həqiqətləri gizlədib?

Dələduzlar Ermənistanı özlərinə ən yaxşı sığınacaq kimi qəbul edirlər

Məsələn, apardığımız araşdırmalardan sonra, daha bir fakt bəlli olub ki, onun 3 arvadından biri əslən Lerik rayonundan olan doğma xalası qızıdır, digəri isə Qafqazın mərd xalqlarından birinin nümayəndəsidir və bu arvadının qohumları, necə deyərlər, Rusiyada nüfuz sahibidirlər, üçüncü arvadı isə, onu öz evində qeydiyyata götürən və gecə-gündüz əyyaşlıq edərək, sonda onunla Ermənistana qaçan mənşəyi bilinməz bir fərddir. Həmin Ermənistana ki, bu ölkədə milli ideya fiaskoya uğrayıb və türkofobiya ideologiyasının təbliğatı gedir, dələduzlar isə buranı özlərinə ən yaxşı sığınacaq kimi qəbul edirlər və s...

Erməni kəşfiyyatının daha bir şahidi - Zabil Məhərrəmov

Lakin erməni xüsusi xidmət orqanlarının talış xalqının nümayəndəsi olmayan bir dələduzun bu xalqın nümayəndəsi qismində təqdim etməsi də, görünür, onların "uğurları" sırasındadır. Necə deyərlər, bunun üçün ermənilərin "şahidi" də var - hazırda Sankt-Peterburqda özünü şair kimi təqdim edən və zaman-zaman sosial şəbəkələrdə separatçılıq çıxışları edən Zabil Məhərrəmov. Ancaq burada da, belə bir sual yaranır ki, o, hansı haqla talış xalqı adından Ş.Mirzəyevi bu xalqın nümayəndəsi kimi təqdim edir? Axı reallığı və əsl həqiqəti artıq hər kəs bilir!

Məhz bu sualın özü, necə deyərlər, elə cavabını da verir...

Yeri gəlmişkən, erməni KİV-lərinin yazdıqlarına görə, Ş.Mirzəyev Yerevanda yerləşən mənzillərdən birinə yerləşdirilib və çox maraqlıdır ki, işğal altında olan ərazilərimizdə möcüzə yolu ilə həmin xidmətlərini sağ-salamat qurtarmağı bacaran bəzi erməni gəncləri paytaxtda iş və ev tapa bilmədikləri halda, 1-ci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşən erməni veteranları həbslərə atıldıqları, işgəncələrə məruz qaldıqları, səfalət halında yaşadıqları bir zamanda Ermənistan hakimiyyəti Azərbaycandan olan dələduza hansı yollarla hamilik edir?! Məhz bu sualın özü, necə deyərlər, elə cavabını da verir...

Bu cavab isə belədir - Ş.Mirzəyev Azərbaycan əleyhinə düzənlənən tədbirlərə qatılaraq, Qarabağ haqqında yalanlar uydurur, bütövlükdə istər Qarabağ məsələsində, istərsə də digər ümummilli məsələlərdə Azərbaycan xalqının mənəviyyatını təhqir edir!

Lerik Qarabağ müharibəsində 137 şəhid verib və Azərbaycan üçün 5 milli qəhrəman yetişdirən qəhrəmanlar diyarıdır!

Halbuki təkcə Lerik rayonu Qarabağ müharibəsində 137 şəhid verib! Məhz Lerik rayonu Azərbaycan üçün 5 (!) milli qəhrəman yetişdirib !

Ermənistan artıq on illərdir ki, Azərbaycana qarşı informasiya müharibəsi apararaq, milli-etnik məsələlərdə qarşıdurmalar yaratmağa cəhdlər göstərir. Ancaq ermənilərin bu mənfur addımları istədikləri nəticəni vermir. Azərbaycanda vəhdət halında və bir dam altında yaşayan bütün xalqlar, o cümlədən, mərd talış xalqı əsrlər boyu öz Vətəninə-Azərbaycana sıx bağlılığını, məhəbbətini izhar edir və bundan sonra da əsrlər boyu belə də olacaq. Təbii ki, uduzan yenə də işğalçı və təcavüzkar Ermənistandır!

Monoetnik Ermənistanda yezidi kürdlərə qarşı diskriminasiya halları artır

Əlbəttə, Ermənistanda xalqların bir vəhdətdə birləşməsi anlamı mövcud deyil. Çünki bu ölkə monoetnikdir. Yəni orada doğulanlar monoetnik çərçivədə tərbiyə alırlar. Ona görə də, ermənilər üçün müxtəlif xalqların bir arada yaşayaraq, Vətən sevgisini bölüşmələri daim anlaşılmaz olaraq qalıb. Adi bir misal gətirək. Məsələn, Ermənistan kilsələrində yezidi kürdlərlə nikaha daxil olmaq qadağan olunub. Yezidi kürdlərə onlara ənənəvi hesab edilən maldarlıqla, kənd təsərrüfatı və digər təsərrüfat növləri ilə məşğul olmaq üçün maneçilik törədilir, parlamentdəki deputatlar isə, aşkar şəkildə bu xalqı aşağılayır və təhqir edirlər. Yeganə etnik xalq olan bu millətə qarşı diskriminasiya halları baş verir. Avropa strukturları isə, bu məsələdə Ermənistana etnik ayrıseçkiliyə yol verməmək çağırışları edir. Bunun qarşısı alınmadıqda, erməni xüsusi xidmət orqanları Azərbaycanda guya etnik xalqlarla problemin olduğunu mövcud vasitələrlə qabartmağa uğursuz cəhdlər göstərirlər.

Ermənilər bu yöndəki fəaliyyətlərini davam etdirdikləri halda isə, Azərbaycanın müxtəlif bölgələrindən və etnik xalqlarından olan əsgərləri və zabitləri sərhədlərimizi düşmən təxribatından qoruyur və bunun üçün, hətta canlarından keçməyə hazır olduqlarını sübuta yetirirlər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər