PDF Oxu

Siyasət

  • 157

Millət vəkili: "İqtisadi inkişaf daha da sürətlənəcək" AÇIQLAMA

Millət vəkili: "İqtisadi inkişaf daha da sürətlənəcək" AÇIQLAMA

"Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına təsiri aradan qaldırılıb. Azərbaycan iqtisadiyyatının inkişaf tepmini əks etdirəm statistikaya baxanda bunu açıq şəkildə görmək olur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.O qeyd edib ki, dövlətimiz tərəfindən aparılan uzaqgörən iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının dünya böhranın təsirinə düşməsinə əngəl olub: "Bu gün Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezident vurğuladı ki, Azərbaycan 2015-2016-cı illərdəki iqtisadi böhranı uğurla aradan qaldırıb və inkişaf yoluna çıxıb. Dövlət başçımız bildirdi ki, 2016-cı ildə həyata keçirilən islahatlar 2017-ci ilin birinci rübündə öz müsbət nəticələrini göstərib.Cənab Prezident tərəfindən təsdiq edilən dövlət proqramları, Strateji Yol Xəritələri, bir çox qanunlara edilən dəyişikliklər və onların icrası nəinki dünya böhranın təsirini aradan qaldırıb, hətta Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olub. Yəni, bu ilin birinci rübü iqtisadi artımla yekunlaşıb, bütün iqtisadi göstəricilər müsbət olub, yeni iş yerləri yaradılıb. Müəyyən olunmuş proqramlar mütəmadi icra olunduqca qarşıdakı dövrdə iqtisadi inkişaf daha da sürətlənəcək".

sia.az

Digər xəbərlər