PDF Oxu

Siyasət

  • 248

Ermənistan ictimaiyyəti etiraf edir

Ermənistan ictimaiyyəti etiraf edir

Dünya ictimaiyyəti yaxın dövrlərdə bu ölkənin necə xəritədən silinəcəyinin şahidi olacaq, çünki səbəblər var...

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərinin ardınca ölkənin ictimai rəyində və mediasında sözügedən mövzu öz aktuallığını bundan sonra hələ uzun müddət saxlayacaq. Məsələ ondadır ki, rüşvət və korrupsiya vasitəsilə parlament seçkilərində yer alan və hakim elitanı təmsil edən şəxslər indi də öz aralarında ölüm-dirim savaşına çıxıblar. Buna səbəb isə hakim "Respublika" Partiyasındakı, eləcə də, parlamentdəki vəzifələrin bölünməsi prosesidir.

"Haykakan Jamanak": "Hakimiyyət daxilində vəzifələr uğrunda amansız savaş başlayıb"

Məsələn, "Haykakan Jamanak" qəzetinin yazdığına görə, artıq "Respublika" Partiyasında təşkilatdaxili müzakirələrə star verilib. SİTAT: "Müzakirələrdə siyahıda olan hansı partiya üzvlərinin deputat mandatı alacaqları, hansı üzvlərin hökumətdə yer tutacaqları, eləcə də, kimlərin çıxdaş olunacaqları barədə söhbətlər aparılıb. Xüsusilə, daha kəskin mübarizə parlamentin sədrliyi uğrunda aparılır ki, bu vəzifə ilə yanaşı vitse-sədrliklər, komissiya sədrləri, eyni zamanda, Ermənistanı beynəlxalq strukturlarda təmsil edəcək nümayəndəliklərin rəhbərləri vəzifələri uğrunda amansız savaşa start verilib".

Hakimiyyət nümayəndələri çox yəqin ki, bu dəfə öz kisələrinin ağzını elə Serj Sarkisyan üçün açacaqlar

Erməni nəşri əlavə edir ki, amansız mübarizə səbəblərindən biri də parlament komissiyalarının sayının azaldılması ilə bağlı verilmiş qərardır. Belə ki, parlament komissiyalarının sayı azaldıqca, onların səlahiyyətləri artacaq. Vəzifələrdən ən azruedilənləri isə iqtisadi və dövlət məsələləri komissiyalarının sədrliyi postudur. Çünki əsas qanunların qəbulları, məhz bu komissiyalardan keçir.

"Haykakan Jamanak"ın yazdığına görə, qəzetin mənbələri iqtisadi komissiya sədrliyinə Ermine Naqdalyanın olacağı qənaətindədirlər. Əlbəttə ki, onu parlamentin vitse-sədri vəzifəsində saxlamayacaqlarsa: "Dövlət məsələləri üzrə komissiyanın sədrliyini isə parlament aparatının rəhbəri Qrayr Tovmasyan əldə etməyə can atır. Həmçnin, sabiq baş prokuror Gevorq Kostanyan və elita ilə əlaqələri əla səviyyədə olan Miqran Poqosyan da bu vəzifə uğrunda hər şeylərindən keçməyə hazırdırlar".

Məhz bu amillərə diqqət yetirərkən, deyə bilərik ki, vəzifə bölgüləri hakimiyyətdaxili savaşların artacağından xəbər verir və parlament seçkilərində külli miqdarda pullar səpən hakimiyyət nümayəndələri, çox yəqin ki, bu dəfə öz kisələrinin ağzını elə Serj Sarkisyan üçün açacaqlar.

Ölkə isə çökməkdə davam edir...

Levon Ter-Petrosyan sual edir: "Dövlətin irinləməsi haradan başladı - kökündən, yoxsa gövdəsindən?"

Belə bir ərəfədə Ermənistanın sabiq prezidenti, Ermənistan Milli Konqresinin lideri, seçkilərdə uduzaraq kənarda qalan Levon Ter-Petrosyan dövlətin irinləməsinin haradan qaynaqlanması ilə bağlı məqalə ilə çıxışı edib. Aprelin 10-da yazılan məqalədə seçki rüşvətləri və ümumiyyətlə, parlament seçkilərində maliyyə resurslarının xərclənməsi ilə bağlı qeyd olunur ki, ilk öncə, ictimai rəy buna imkan verməməli idi. Ter-Petrosyan öz yazısında bildirir ki, rüşvəti görüb həvəslənən ictmaiyyəti bu kimi vasitələrlə aşağılamaq və təhqiredici vəziyyətə gətirmək yolverilməzdir.

Ermənistan Milli Konqresinin lideri: "Müstəqilliyin əldə olunmasının üzərindən 25 il keçməsinə baxmayaraq, hazırda suverenliyi yox olma həddinə çatdırdılar, bu, çox ağır bir hissdir"

Məqalədə diqqətçəkici məqamlardan biri də budir ki, xalqın və ictimai rəyin təhiq eidlməsi vəziyyətini müəllif ölkədə 2000-ci ildən sonrakı hadisələrlə bağlayır. Lakin qeyd edir ki, bunun əsası 1995-1996-cı illərdə keçirilən seçkilərdən sonra qoyulub. "Məhz həmin zamanlardan başlayaraq, Ermənistan hakimiyyətinin hakim və siyasi sistemi addım-addım zərərli mövcudluqları kritallaşdıraraq, digər siyasi sitem və gücləri məhv etdilər. Nəticədə, hər şeyi öz əllərinə alıb zəngin həyat qurmalarına, şəxsi mənfəətlərinə sərf etdilər, ictimai və dövlət əmlaklarını mənimsədilər. Bununla da, dövləti hərbi-siyasi və iqtisadi təhlükəyə sürüklədilər, suverenliyin nəhəng potensialını məhv etdilər. Beləliklə, müstəqilliyin əldə olunmasının üzərindən 25 il keçməsinə baxmayaraq, hazırda suverenliyi yox olma həddinə çatdırdılar, bu, çox ağır bir hissdir".

"Bu mühit 1995-96-cı illərdə kök atdı, yarpaqladı və 2000-ci ildən çiçəklənərək dövləti çürütdü"

Levon Ter-Petrosyan sonda etiraf edir ki, ölkədə nə onun hakimiyyəti zamanı, nə də sonralar siyasi cavabdehlik institutu formalaşdırılmadı, eyni zamanda, siyasətdə buraxılan səhvlərin etirafı, ictimaiyyətlə dialoq mədəniyyəti də bu sıralamanı təşkil edir.

"Bütün bunların yerinə bizdə 1995-96-cı illərin kökündən başlayaraq, yarpaqlamağa başlayan mühit yarandı və o, 2000-ci ildən çiçəkləndi - paralel olaraq, dövlət irinləməyə və çürüməyə başladı"-deyə Ter-Petrosyan yazısında qeyd edib.

Beləliklə, Ermənistanla bağlı artıq hər şey aydındır. Ölkə məhv olur və bu proses, elə sürətlə inkişaf edir ki, çox yaxın zamanda dünya ictimaiyyəti xəritədən bir dövlətin necə birdən-birə silinəcəyinin şahidinə çevrilmiş olacaqlar. Bunu biz deyil, elə sadə erməni ictimaiyyəti də dərk və etiraf edir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər