"Azərbaycan Prezidentinin 2017-ci ili "İslam Həmrəyliyi"ili elan etməsinin siyasi iqtisadi, mənəvi əhəmiyyəti var idi". SİA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən " İslam Həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda çıxış edərkən deyib. Onun sözlərinə görə, bu gün dünyanın özünün problemləri var: " Lakin illər öncə insanlıq qarşısında olan problemlərlə bu günkü problemlər arasında çox böyük fərq var. Bu gün dünyamız özünün gərgin mərhələsini yaşayır. Dünyada terror təcavüzlərinin olduğunu görürük.Hazırda 67 ölkədə silahlı toqquşmalar var. Bu gün 65 milyon insan qaçqın və didərgin düşüb. Onlardan 1 milyonu Ermənistan təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşən azərbaycanlılardır". M.Qurbanlı qeyd edib ki, bu gün dünyada münaqişələr süni şəkildə qızışdırılıraraq, onun daha iri həcmdə olmasına şərait yaradılır: " Bu gün islamafobiya adı ilə İslam dini gözdən salınır, islamı terrorla bağlayırlar. İslam dünyası nə qədər bir olarsa, beynəlxalq miqyasda təzyiqlərə kollektiv cavab verə bilər. Bu gün baş verənlər digər ölkələrə də təsir edir. Ona görə də islam dünyasında birliyin olması, dünyada sülhün bərqərar olmasına kömək edə bilər. Bugünkü dünyamız fərqlidir. Hər hansı toqquşma dünyanın məhvinə səbə ola bilər. Bunun qarşısının alınması islam həmrəyliyinin olması vacibdir. Bu kimi tədbirlər nəinki Azərbaycanda digər islam ölkələrində keçirilməlidir.".
sia.az