"Ölkəmizdə İslam həmrəyliyi ilə bağlı konfransların keçirilməsi əhəmiyyətlidir. Azərbaycanın bu missiyanı öz üzərinə götürməsi, İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanda tolerantlığın və multikulturalizmin əsas göstəricilərdən biridir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin" harmoniyası adlı beynəlxalq konfransda çıxış edərkən deyib.Onun sözlərinə görə, bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir: "Bəşəriyyətə bu cür addım atanlar insan hüquqularını kənara qoyaraq öz maddi maraqlarına üstünlük verirlər. Artıq həmin ölkələrdə dövlət siyasəti belə formalaşıb. Belə bir anda kiçik Azərbaycan böyük addım ataraq bu ili " İslam həmrəyliyi" elan etdi və bu missiyanı Azərbaycan prezidenti öz üzərinə götürdü. Azərbaycan Respublikasının Prezidenti İslam Həmrəyliyi Oyunları ilə bağlı çıxış edərkən bildirib ki, bu oyunlarda bir sıra islam ölkələrinin idmançıları bir-birinin əlini sıxacaqlar".S.Novruzov qeyd edib ki, islam ölkələrinin rəhbərləri də öz maddi maraqlarını kənara qoyub bir-birlərinin əlini sıxmalıdırlar: "Bildiyiniz kimi, İslam Həmrəyliyi oyunlarının simvolu sudur. Bunun böyük mənası var. Su, islam ölkələrindəki alovun söndürülməsi üçün mühüm rol oynayacaq".
sia.az