"Bu gün dünyada ərazi iddiaları, iqtisadi və hərbi maraqlara, o cümlədən etnik bölgüyə əsaslanan siyasət dünyanı təhdid edir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.B.Muradova qeyd edib ki, bu gün bizi çox ciddi, insanlığı kataklizmə sürükləyən çağırışlar təhdid etməkdədir: "Bəs biz bu çağırışların qarşısına nə ilə çıxırıq? İslam həmrəyliyi ilə, multikultural dəyərlərin təbliği ilə, dini, etnik, milli dözümlülüklə, səninlə bir ərazini bölüşən digər xalqların və millətlərin nümayəndələrinə hörmət hissi ilə yaşamaq, onların mədəniyyətlərinə hörmət hissi ilə yaşamaqla. Azərbaycanın dünyaya verdiyi çağırışların mahiyyətində bunlar dayanır".Vitse spiker söyləyib ki, Azərbaycan o ölkələrdəndir ki, onun milli, dini və etnik münasibətləri tənzimləyən qanunları bu ərazidə yaşayan xalqların və millətlərin min illiklər boyu formalaşmış münasibətlərinə, birgə yaşayıq qaydalarına və onlar arasında harmoniyaya əsaslanır: "Yəni bu bizə kənardan gəlmə, yad fikir deyil, bu bizim həyat tərzimizdir, özümüzü ifad formamızdır. Ona görə Azərbaycan bu gün çox böyük qətiyyətlə və uca bir səslə həm multikultural dəyərlərin daşıyıcısı və nümunəsini ortaya qoymuş bir öklə kimi, eyni zamanda islam həmrəyliyi mövzusunu, islam həmrəyliyi çağırışını irəli sürə bilir".
sia.az