Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçikaya səfərin sonuncu günündə də bir sıra görüşlər keçirib, səmərəli müzakirələr aparıb.SİA xəbər verir ki, görüşlərdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov iştirak ediblər.Avropa parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədri xanım Anna Fotiqa ilə keçirilən görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda sülhün və sabitliyin təmin olunmasına maneə törətməsi və Avropa İttifaqının bölgədə sülhün təmin olunmasında daha fəal rol alması ətrafında fikir mübadiləsi aparılıb.Nümayəndə heyətimiz, həmçinin Avropa Parlamentinin üzvləri Sandra Kalniete, İvo Vayql, Knut Flenkenştayn və Heydi Hautala ilə də görüşlər keçirib, parlamentlərimiz arasında əməkdaşlığın mövcud durumu və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
sia.az